...

Bütün müraciətlərə qanuni qaydada cavab verilir – Məzahir Pənahov

Siyasət Materials 7 Fevral 2020 16:51 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasına daxil olan bütün müraciətlərə qanuni çərçivədə cavab verilir.
Bütün müraciətlərə qanuni qaydada cavab verilir – Məzahir Pənahov

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasına daxil olan bütün müraciətlərə qanuni çərçivədə cavab verilir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qaynar xəttə daxil olan cavablara tələsik cavab vermək lazım deyil:

“Bəlkə kimsə qəsdən elə edir ki, tələsik cavab verilsin və o da nəsə səhv tutsun. Qaynar xəttə gələn bütün müraciətlər qanuni qaydada cavablandırılmalıdır. Əgər bir az imkan varsa ki, məsələ müsbət həll olunsun, biz onu həll etməyə çalışırıq”.

M.Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına 47 müraciət daxil olub: "Bütün müraciətlərə qanun çərçivəsində müəyyən edilən vaxt müddətində baxılıb və müvafiq qərarlar qəbul edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti