...

MDB PA müşahidəçisi: Seçkilər zamanı pozuntularla bağlı şikayət qeydə alınmayıb

Siyasət Materials 9 Fevral 2020 17:21 (UTC +04:00)
Bugünkü seçkilər Azərbaycan qanunvericiliyinə və ölkənin hamı tərəfindən qəbul edilmiş standartları təmin etmək və onlara əməl etmək üzrə beynəlxalq öhdəliklərinə uyğun olaraq keçirilir.
MDB PA müşahidəçisi: Seçkilər zamanı pozuntularla bağlı şikayət qeydə alınmayıb

Bakı. Trend:

Bugünkü seçkilər Azərbaycan qanunvericiliyinə və ölkənin hamı tərəfindən qəbul edilmiş standartları təmin etmək və onlara əməl etmək üzrə beynəlxalq öhdəliklərinə uyğun olaraq keçirilir.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsi sədrinin müavini, MDB Parlament Assambleyasının (PA) müşahidə missiyasının üzvü Aleksandr Başkin deyib.

Onun sözlərinə görə, MDB PA-nın müşahidəçiləri bu gün seçki məntəqəsinin açılışında iştirak ediblər, sonra da bir sıra digər məntəqələrdə olublar:

“Seçki məntəqələrində çox mehriban və sakit atmosfer diqqəti cəlb etdi. Bir-birinə rəqib olan müxtəlif partiyaların və namizədlərin çox sayda müşahidəçisi olmasına baxmayaraq, hansısa qarşıdurma və ya mənfi hal olmadı. Heç bir pozuntuya rast gəlmədik, şikayətlər yox idi. Seçicilərdən də şikayətlər olmadı. Azərbaycanın seçki qanunvericiliyini yaxşı bilirəm və görürəm ki, qanunvericiliyin tələb etdiyi hər şey ciddi şəkildə yerinə yetirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti