...

Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Paşinyan isə sivil dialoqa hazır deyildi - Azər Xudiyev

Siyasət Materials 19 Fevral 2020 12:41 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirinin Ukraynanın “lb.ua” informasiya portalında yazısı dərc edilib.
Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Paşinyan isə  sivil dialoqa hazır deyildi - Azər Xudiyev

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın “lb.ua” informasiya portalında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə dair yazısı dərc edilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə bildirilib ki, səfir məqalədə Prezident İlham Əliyevin diplomatik qələbəsindən yazır. “Bu, sadəcə iki siyasətçinin müzakirəsi deyil, iki siyasi məktəbin müzakirəsi idi. Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Nikol Paşinyan isə aqressiv görünürdü və sivil dialoqa hazır deyildi. Eyni zamanda, bu debat qlobal və regional geosiyasət arasındakı ziddiyyətləri əyani şəkildə göstərdi”, - deyə məqalədə vurğulanır.

Səfir vurğulayıb ki, təcavüzkar ölkənin hökumətinin başçısı, manipulyasiya və hətta məlum tarixi həqiqətləri təhrif etməklə əsl mahiyyətdən yayınmağa çalışırdı.
Azərbaycan Prezidenti isə beynəlxalq hüquq normaları çərçivəsində siyasi etika qaydalarına ciddi riayət edərək, fikirlərini təmkinlə söylədi və açıq şəkildə mübahisə etdi. Təsadüfi deyil ki, Ermənistandakı bir çox ekspert və siyasətçi də İlham Əliyevi bu müzakirələrin qalibi hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti