...

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir (FOTO)

Siyasət Materials 26 Fevral 2020 00:17 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı paylaşım edıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir (FOTO)

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı paylaşım edıb.

Trend-in məlumatına görə, paylaşımda deyilir: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti