Ramiz Həsənov: Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur (FOTO)

Ramiz Həsənov: Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur (FOTO)

Bakı. Trend:

Ermənistanın münaqişənin sülh yolu ilə həllinə "sadiqliyi" barədə bəyanatlarına baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 43-cü sessiyasının iclasının yüksək səviyyəli seqmentindəki bəyanatında deyib.

R.Həsənov bildirib: "Bu il Birləşmiş Millətlər Təşkilatı 75 illik yubileyini qeyd edir. Dözümsüzlük, nifrət motivli çıxışlar, miqrasiya, məcburi köçkünlük və iqlim dəyişikliyi kimi məsələlərin həlli BMT-nin yenə də əvəzolunmaz dəyərini və eyni zamanda daha güclü bir Təşkilata ehtiyac olduğunu nümayiş etdirir. Azərbaycan səmərəli BMT-nin tərəfdarıdır və İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığın artırılmasına sadiqdir.

Son illərdə Komissarlıq ilə tərəfdaşlığımızı gücləndirmişik. Ölkəmiz İnsan Hüquqları Şurası ilə, o cümlədən xüsusi proseduralar mandatına sahib olanlar ilə fəal şəkildə iş aparır. Komissarlığın lazımi texniki yardımın göstərilməsi ilə bağlı vacib işinə dəstək olmaq üçün Azərbaycan bu il könüllü töhfələrini artıracaq.

Azərbaycan Qoşulmama Hərəkatının sədrliyi təşkilatın Bakıda keçirilən son Sammitində qəbul etdi. Sədrliyi dövründə Azərbaycan öz prioritetlərini Bandunq prinsipləri ətrafında quracaq və xüsusən də, bütün insan hüquqlarının universallığını, bölünməzliyini və qarşılıqlı asılılığını müdafiə edəcəkdir. Bütün insan hüquqlarının və əsas azadlıqların təşviqi və qorunması üçün konstruktiv bir yanaşmanın qəbul edilməsinin vacibliyini də vurğulayırıq və bu baxımdan bütün dövlətləri bir-biri ilə səmimi dialoqa və əməkdaşlığa yönəltməyə çağırırıq.

Hazırda Azərbaycanda demokratiyanın, qanunun aliliyinin daha da möhkəmləndirilməsinə, insan hüquqlarının təşviqi və qorunmasına yönəlmiş genişmiqyaslı və uzunmüddətli islahatlar aparılır. 9 fevral 2020-ci il parlament seçkiləri Azərbaycanın daha da demokratik inkişafı yolunda növbəti bir vacib addımı təşkil edir. Seçkilərdə bu günədək ən çox qeydə alınan namizəd oldu, o cümlədən qadın namizədlərin sayında ciddi artım baş verdi. Əvvəlki seçkilərdə olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz ərazisindən zorla çıxarılmış və bununla da öz doğma şəhərlərində səs vermək imkanına malik olmayan 700 min məcburi köçkünün seçki hüquqlarının təmin edilməsi üçün 523 seçki məntəqəsi yaradılıb. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları səsverməyə Azərbaycan seçki orqanları tərəfindən dəvət edilmiş və onlardan bir qismi elektron səsvermə yolu ilə 9 fevral parlament seçkilərində iştirak etmişdir.

Dünən Ermənistan xarici işlər naziri yenidən Şuradan sui-istifadə edərək beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsini kobud şəkildə pozaraq, Ermənistanın Azərbaycana qarşı ilhaqçı siyasətinə haqq qazandırmaq məqsədilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox saxta və yalan dolu fikirlər səsləndirdi. Məhz bu ilhaqçı siyasət münaqişənin əsl səbəbini təşkil edir.

Ermənistan, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən, Ermənistanın Azərbaycana qarşı güc tətbiq etməsini, ərazilərini işğal etməsini, mülki şəxslərə hücumlarını pisləyən, habelə bütün işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur.

Bu gün Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qaranlıq səhifələrindən biri, getdikcə daha çox ölkənin tanıdığı Xocalı Soyqırımının 28-ci ildönümünü qeyd edir. 1992-ci ilin bu günü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki bu kiçik şəhərin 613 sakini azərbaycanlı olduqlarına görə erməni hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu faktı sonradan Ermənistanın o vaxtkı prezidenti özü də etiraf etmişdir. Bu baxımdan Azərbaycan, Şuranı, onun mandat sahiblərini və Ali Komissarlığı 30 ilə yaxındır haqları pozulmuş azərbaycanlı məcburi köçkünlərin və qaçqınların insan hüquqlarının bərpası üçün prinsipial mövqe tutmağa və səmərəli tədbirlər görməyə çağırır.

Ermənistan qəsdən öz müqəddəratını təyinetmə prinsipini, yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni etnik qrupu üçün tətbiq etməyə çağırmaqla və bu bölgədəki bütün azərbaycanlıların Ermənistan tərəfindən didərgin salındığını qəsdən gizlətməklə təhrif edir. Buna görə də "Dağlıq Qarabağ xalqı" kimi bir anlayış yoxdur, eyni bölgədəki azərbaycanlı icması ilə yanaşı, Dağlıq Qarabağın erməni icması mövcuddur. Belə olduğundan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirmək beynəlxalq hüquq pozuntusudur. Keçmişdə bu cür seçkilər heç vaxt beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və gələcəkdə də əsassız sayılacaq.

Ermənistanın münaqişənin sülh yolu ilə həllinə "sadiqliyi" barədə bəyanatlarına baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur. Son Münhen Təhlükəsizlik Konfransında Ermənistanın bu münaqişə ilə bağlı saxta iddialarına cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti birmənalı şəkildə bildirdi ki, bu münaqişənin dinc danışıqlar nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin etməlidir.

Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsidir və bu, beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən qəbul edilir və Ermənistan hökuməti qonşularına münasibətdə özünə zərər verən siyasi gündəliyinin hər hansı perspektivinin olmadığını nə qədər tez anlayarsa, Ermənistan xalqı sülh və iqtisadi inkişafdan bir o qədər tez faydalana bilər".

Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb
Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı
Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)
Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azad olunan ərazilərə elektrik verilməsi üçün ərazilər minalardan təmizlənir - Agentlik rəsmisi
İƏT Milli Xəbər Agentlikləri Birliyinin saytında Prezident İlham Əliyevin İƏT-in Baş katibini təltif etməsi barədə material yerləşdirilib
Böyük Britaniyada yeni potensial təhlükəli koronavirus növü aşkar edildi
Amerikalı məşhur reper vəfat edib
Goranboyda ad günü keçirilməsinin qarşısı alınıb
Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Azərbaycanda münbit investisiya muhiti mövcuddur- MUSİAD
“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi (FOTO)
Azərbaycanda ödəniş kartları ilə dövriyyə dəfələrlə artıb
Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb (FOTO)
Azərbaycanda koronavirusa ən az yoluxma bu tarixdə qeydə alınıb
Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Boris Consona başsağlığı verib
Dünya Bankı Azərbaycanda istehalk bazarının artımını proqnozlaşdırır
Ərdoğan və Putin Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasını müzakirə ediblər
Sabirabadda bacı-qardaş Kür çayında batıb
Zidan mövsüm sonunda "Real"ı tərk edə bilər
BMT Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır - Volkan Bozkır
Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir - Deputat
Hindistan Səfirliyi Hindistan ədviyyatını təbliğ etmək məqsədilə İnteraktiv Vebinar təşkil etdi (FOTO)
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib
Ukraynada marixuana leqallaşdırıldı
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)
Milli Məclisin Sədri BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb (FOTO)
Bütün xəbərlər