...

Beynəlxalq Vişeqrad Fondu koronavirusla mübarizə üçün Azərbaycana maliyyə yardımı ayıracaq

Siyasət Materials 9 Aprel 2020 10:34 (UTC +04:00)
Beynəlxalq Vişeqrad Fondu koronavirusla mübarizə üçün Azərbaycana maliyyə yardımı ayıracaq

Bakı. Ləman Zeynalova - Trend:

Beynəlxalq Vişeqrad Fondu tərəfindən COVID-19 pandemiyasınsın fəsadlarından zərər çəkmiş “Şərq tərəfdaşlığı” ölkələrindəki həssas vətəndaş qruplarının sosial və iqtisadi dayanıqlığının, səhiyyənin möhkəmləndirilməsinin dəstəklənməsi üçün 250 min avro vəsait ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyi bildirib.

Qərar aprelin 8-də Vişeqrad qrupu (Çexiya, Macarıstan, Polşa və Slovakiya) və “Şərq tərəfdaşlığı” (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan) ölkələrinin əməkdaşlığı mövzusunda keçirilmiş videokonfrans zamanı elan olunub.

Videokonfransın əsas mövzusu “Şərq tərəfdaşlığı”nın gələcəyi və iyun ayına planlaşdırılmış sammitin müzakirəsi olub.

Videokonfransın yekununda Vişeqrad qrupunun nazirləri birgə bəyanat verərək “Şərq tərəfdaşlığı”nın güclü və ambisiyalı siyasi birlik kimi gördüklərini təsdiqləyib və bu tərəfdaşlığı fəal dəstəkləməyə hazır olduqlarını bildirib.

Videokonfrans zamanı Çexiyanın Xarici işlər naziri Tomaş Petrşiçek COVID-19 pandemiyası kontekstində “Şərq tərəfdaşlığı” ölkələrinə kömək göstərilməsi üçün “V4EastSolidarity” proqramını işə salmağı təklif edib:

“Yeni proqram çərçivəsində zərər çəkmiş “Şərq tərəfdaşlığı” ölkələrindəki həssas vətəndaş qruplarının sosial və iqtisadi dayanıqlığının, səhiyyənin möhkəmləndirilməsinin dəstəklənməsi üçün 250 min avro vəsait ayrıla bilər. Proqram hər bir ölkənin konkret tələblərinə uyğunlaşdırılacaq”.

Təklif Vişeqrad qrupunun nazirləri tərəfindən dəstəklənib. Nazir həmçinin qeyd edib ki, “Şərq tərəfdaşlığı” Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir və Aİ-nin xarici əlaqələr kontekstində prioritetlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti