...

İlham Məmmədov: Dünyada böhran yaşandığı bir vaxtda Azərbaycanda əhalinin sosial rifahının qorunması istiqamətində ciddi tədbirlər həyata keçirilir

Siyasət Materials 19 Aprel 2020 12:35 (UTC +04:00)
Ən vacib məqamlardan biri odur ki, bütün tədbirlər Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir
İlham Məmmədov: Dünyada böhran yaşandığı bir vaxtda Azərbaycanda əhalinin sosial rifahının qorunması istiqamətində ciddi tədbirlər həyata keçirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Dünyada böhran yaşandığı bir vaxtda Azərbaycanda iqtisadi inkişafın, əhalinin sosial rifahının qorunması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Dövlətin bütün imkanları insanlarımızı koronavirusdan qorumağa və bu bəla nəticəsində yarana biləcək sosial problemlərin həllinə yönəlib.

Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda yeni sosial paketin həyata keçiriləcəyini bildirdi:

"Cənab Prezident qeyd etdi ki, ilkin mərhələdə 200 min insanın dövlətdən 190 manat yardım alacağı nəzərdə tutulurdusa, indi bu rəqəm 600 minə çatdırılacaq. Eyni zamanda bu tədbirlər sayəsində dövlət büdcəsindən maaş alan 910 min, özəl sektorda çalışan 680 min işçinin orta aylıq əməkhaqqı saxlanılır. Bundan əlavə, 2.3 milyon insanı əhatə edən pensiya, müavinət, təqaüdlər vaxtından əvvəl verildi ki, insanlarımız çətinlik çəkməsin.

Sosial tədbirlər çərçivəsində digər bir mühüm addım isə ödənişli ictimai iş yerlərinin yaradılmasıdır. Əvvəl 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulurdusa, Prezident İlham Əliyev bu rəqəmin 90 minə çatdırılması ilə bağlı tapşırıq verdi. Ən vacib məqamlardan biri isə odur ki, bütün bu tədbirlər Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir ki, bu da ölkəmizin iqtisadi qüdrətinin göstəricisir”.

İ.Məmmədov vurğulayıb ki, bu tədbirlər cəmiyyət, xalqımız tərəfindən yüksək qiymətləndirilir:

“Azərbaycanın bütün bölgələrindən insanlarımız tərəfindən cənab Prezident İlham Əliyevə təşəkkür məktublarının arası kəsilmir. Sadə insanlarımız görülən tədbirlərə, vətəndaşlarımızın qayğısına qaldığına görə cənab Prezidentimizə dərin təşəkkürlərini ifadə edirlər. Bütün bunlar xalq-iqtidar birliyinin daha bir bariz nümunəsidir. İnanıram ki, biz birlikdə bu problemin öhdəsindən layiqincə gələcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti