...

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə halları artırılır

Siyasət Materials 24 Aprel 2020 17:31 (UTC +04:00)
Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə halları artırılır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar artırılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, 45.1.9-cu maddədə "və ümumtəhsil" sözü ", habelə peşə təhsili və ümumi təhsil" sözləri ilə əvəz edilir. Hazırda isə 45.1.9-cu maddədə “Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda” sözləri göstərilir.

Beləliklə, peşə təhsili alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququ veriləcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti