Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Aprelin 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.

Onun sözlərinə görə, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir: "Gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə əlaqədar hazırlanıb. Məcəlləyə təklif edilən dəyişikliklər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur".

Məsələ barədə məlumat verən vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov diqqətə çatdırıb ki, bu dəyişikliklərdə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır. Bununla bağlı məcəlləyə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni on səkkizinci fəsil əlavə edilir.

Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur.

Bundan başqa, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir.

Mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Aydın Hüseynov, Vüqar Bayramov, Ağalar Vəliyev, Məşhur Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev məcəlləyə təklif olunan vergi güzəştlərini yüksək qiymətləndiriblər, layihə barədə qeyd və təkliflərini veriblər.

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun səsləndirilən fikirlərə münasibəti dinlənildikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda, həmçinin “Dövlət rüsumu haqqında” qanuna biri ikinci oxunuşda, digəri isə üçüncü oxunuşda olmaqla iki dəyişiklik layihəsi, “Dövlət satınalmaları haqqında” Qanuna, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, həmçinin “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.

Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Bakıda yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında yanğın olub
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Loading Bars
Xəbər lenti
TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
İranın Astara gömrüyü üzərindən tranziti azalmayıb, əksinə, 300 faiz artıb - İranlı rəsmi
Energetika naziri 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib
BVF 2021-ci ildə Azərbaycanda ÜDM-nin 20 faizdən çox artımını proqnozlaşdırır
Mingəçevir Dövlət Universitetinin tələbəsinin təşəbbüsü ilə “Qəlb gözü” layihəsi reallaşdırılıb (FOTO)
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 45 faizdən çox artıb
Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb
Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib
Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytardı
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Məhərrəm Əliyev: Qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın, dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın etimadını şərəflə doğruldacaq (MÜSAHİBƏ)
Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub (FOTO/VİDEO)
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib
Azərbaycan Dillər Universitetində “Özbək dili günü”nə həsr olunan konfrans keçirilib (FOTO)
Azərbaycandan 100 assistent Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək
Azərbaycanla Slovakiya arasında saziş imzalandı, Birgə İşçi Qrup yaradılacaq (FOTO)
Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub - AQTA
Bakıda anası tərəfindən dayəyə verilən azyaşlı sığınacağa yerləşdirilib
Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“PAŞA Bank”dan 250 000 AZN-dək girovsuz biznes kreditlərini banka gəlmədən onlayn əldə edin!
Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib
Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir - Nazir
Oktyabrın 20-nə USD/AZN rəsmi məzənnəsi
Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?
Qanunsuz balıq ovlayanlar saxlanılıb
Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün bütün potensial imkanlar səfərbər olunub - Vüqar Rəhimzadə
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
Bakıda yaşayış binasında yanğın olub
Bakıda koronavirusa görə bağça bağlandı
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Neftçalada qardaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib
AccessBank tender elan edir
Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Nüfuzlu sığorta şirkətinə qarşı mediada qarayaxma kampaniyasına başlanılıb
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib
Ələtdə Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib (FOTO)
İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik - BNA
Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir
TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Anlaşma Memorandumu təsdiqləndi
Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi
BMT rəsmisi aclıqla mübarizə üçün İlon Maskdan 6 milyard dollar istədi
Hirkan Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirilib (FOTO)
Xalqımızın hər bir nümayəndəsi Vətən müharibəsində qələbəyə öz töhfəsini verdi – Deputat
Sumqayıtda narkotik alverçisi olan qadın və daha 11 nəfər saxlanıldı (FOTO/VİDEO)
Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər
Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb - Nazirlik
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına start verilir
İranda koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib
Ata Abdullayev məhkəmədə ağladı
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Minneapolisdə körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Vəzifəli şəxslərdən pul tələb edənlərin işi məhkəməyə göndərildi
Rusiya Dövlət Dumasında 10-dan çox deputat koronavirusa yoluxub
Qanunsuz işləyən baytarlıq aptekinin rəhbəri məsuliyyətə cəlb olunub
Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib (FOTO)
Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb (FOTO)
Gədəbəy və Şamaxıya dolu yağıb - Faktiki hava
Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir
Sahibkarların kredit faizlərinin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib
Azərbaycan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni imkanları da nəzərdən keçirir - Nazir
Meyxanaçı Cavid Sumqayıtlının siyasi qafiyələrə görə həbs olunması ilə bağlı iddialar yalandır - DİN
Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar
Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA
“BBC World News” telekanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır (FOTO/VİDEO)
Distant təhsil problemin həlli yolu ola bilməz - Naqif Həmzəyev
Yaxın vaxtlarda Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Nazir
Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur
Sabahdan Bakıda bal yarmarkası başlayır
Müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi üzrə tədbirlər davam edir
Azərbaycan və Slovakiya XİN rəhbərləri mətbuat konfransı keçirib (FOTO/VİDEO)
Azərbaycanın İrandan Rusiyaya ixraca mane olduğu barədə məlumatlar doğru deyil - DGK
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universiteti “Tələbə Mediası” layihəsində təmsil olunur (FOTO)
Azərbaycan və Slovakiya XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Rüşvət almaqda təqsirləndirilən 72 yaşlı şirkət rəhbərinə 9 il cəza verildi
Rusiyada koronavirusdan ölənlərin sayı 225 mini ötüb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb
Bakıda daha bir qanunsuz tikinti dayandırılıb (FOTO/VİDEO)
Sabah yağış yağacaq, külək əsəcək
İl ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb
“OBA Market” “Şanslı Qonşu” lotereyasına start verir (VİDEO)
Azərbaycan əhalisinin sayı artıb
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin növbəti dəyirmi masası keçirilib (FOTO)
MDB Gənclər Parlamentlərarası Assambleyasına koordinatorluq Azərbaycana keçəcək
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO)
Kəlbəcərdə yol çəkilişi zamanı qəza olub: Bir nəfər ölüb
Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib (FOTO)
İran narkotrafikin Qarabağdakı "boz zonası" üzərində nəzarəti itirdiyinə görə qıcıqlanır - Rusiyalı analitik
Bütün xəbərlər