...

Siyavuş Novruzov: Azərbaycanda bütün strukturlarda olduğu kimi, məhkəmə sistemində də ciddi islahatlar aparılıb

Siyasət Materials 5 May 2020 11:29 (UTC +04:00)
Siyavuş Novruzov: Azərbaycanda bütün strukturlarda olduğu kimi, məhkəmə sistemində də ciddi islahatlar aparılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bütün strukturlarda olduğu kimi, məhkəmə sistemində də ciddi islahatlar aparılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə hakimlərin təyin edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, baxılmalı olan işlərin çoxluğu məhkəmə sisteminin işində çətinliklər yaradır.

Deputat bildirib ki, bəzi icra başçıları insanların torpaqlarını əlindən alırlar: “Görürük ki, icra başçısı vəzifəyə gələn kimi camaatın torpaqların əlindən alır. Bu hallar indi ortaya çıxır. Vaxtında məhkəmə qərarı olsaydı, indi belə problemlər ortaya çıxmazdı. Bu baxımdan məhkəmələrdə ədalətli qərarın rolu çox böyükdür”.

S.Novruzov Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı ədalətsiz qərarlar qəbul etməsinə də toxunub: “Avropa Məhkəməsi ağına-bozuna baxmadan, müzakirə aparmadan qərar verir, ədalət əvəzinə ədalətsizliklə məşğul olur. Avropa Məhkəməsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı kifayət qədər iş var ki, insanlarımızın bütün fundamental hüquqları, yaşamaq, mülkiyyət hüquqları pozulub, ancaq indiyə qədər Avropa Məhkəməsi bununla bağlı heç bir qərar verməyib. Amma Azərbaycandan bir şikayət gedən kimi ki, mən filankəsin qohumuyam, Əli Kərimliyə işləyirəm, onda mürəkkəb qurumamış Avropa Məhkəməsi qərar qəbul edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti