Azərbaycan dövləti koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu - Ekspert

Azərbaycan dövləti koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu - Ekspert

Bakı. Samir Əli - Trend:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində ölkədəki hazırkı vəziyyəti, koronavirusla mübarizə sahəsində görülən işləri, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı geniş danışdı, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə etdi. Bütün görülən işlər, verilən qərarlar onu göstərir ki, Azərbaycan dövləti koronavirus təhlükəsi ilə mübarizədə aktivdir”.

Bunu Trend-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ölkəmizdə koronavirus təhlükəsi ilə bağlı məsələnin tam nəzarətdə olduğunu deyən Baş redaktorun sözlərinə görə, Azərbaycandan fərqli olaraq, digər dövlətlərdə koronavirus problemi daha həyəcanla qarşılandı və ajiotaj səviyyəsinə qaldırıldı: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı görülən genişmiqyaslı tədbirlərin əsas məğzini əhalinin sağlamlığının qayğısına qalmaq, qlobal pandemiyadan az itki ilə çıxmaq təşkil edir. Dövlətimiz vətəndaşların rifah halının yaxşılaşdırılması, eləcə də ölkə iqtisadiyyatının sabitliyini təmin etmək üçün bütün imkanlardan istifadə edir. Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır. Koronavirusa yoluxma ilə bağlı son statistikalar ürəkaçan deyil və bu vəziyyət bizi narahat olmağa vadar edir. Nəzarət də, virusa qarşı narahatlıq da davamlı olmalıdır. Pandemiya elan edildikdən sonra qısa müddətdə ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu gün olan müsbət nəticələrin təməli oldu. Sözsüz ki, dövlətin təhlükəsizlik tədbirlərinə daxil olan xüsusi karantin rejimi bir çox sahədə bizim gündəlik həyat vərdişlərimizi və fəaliyyətlərimizi məhdudlaşdırdı. Amma nəticədə biz bu gün böyük faciələrdən ilkin mərhələdə qoruna bildik”.

Ölkəmizdə formalaşan müasir səhiyyə sisteminin koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verdiyini deyən B.Quliyev qeyd edib ki, yeni xəstəxanaların tikintisi, maska ihtehsal edən müəssisənin fəaliyyətə başlaması, modul tipli xəstəxana komplekslərinin açılışı bunun bariz göstəricisidir: “Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir. Ötən gün Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan daha bir modul tipli hospitalının açılışı oldu. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Hospital 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Çevik, vaxtında verilmiş qərarlar, yeni növ koronavirus (COVID -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması ölkəmiz üçün çox böyük təhlükə olan bu infeksiyanın geniş yayılmasının qarşısını almağa xidmət edir. Lakin görülən bütün təxirəsalınmaz tədbirlərlə yanaşı, hər bir vətəndaşımız daha məsuliyyətli olmalıdır. Unutmamalıdır ki, COVID-19 sərhəd tanımır. Əgər vətəndaşlarımız təlimatlara tam əməl edərlərsə, həyata keçirilən tədbirlərə dəstək olarlarsa, təkcə özlərinin deyil, ailələrinin, doğmalarının səhhətini qorumuş olar, ən başlıcası, dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alınar”.

Qurum rəhbəri bildirib ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu: “Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Azərbaycanda da koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Bu baxımdan, Azərbaycan dövlət başçısının uğurlarını Ümumdünya Səhiyyə Təşkilatı da yüksək qiymətləndirir. ÜST baş direktoru Tedros Adhan Gebreyesus da Prezident Əliyevin rəhbərliyi ilə görülən işləri yüksək qiymətləndirdiyini bəyan edib və pandemiyaya qarşı görülən tədbirlərlə əlaqədar Azərbaycanın nümunəvi ölkə kimi qəbul edildiyini vurğulayıb. Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir. Bu faktın təsdiqi 130 ölkədən çox dövlətin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləməsidir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Belə ki, Prezidentin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü zamanın həmrəylik çağırışı olmaqla yanaşı, həm də ilk növbədə dövlət başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisi idi. Eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə çox mühüm stimul yarada bilər. Bir sözlə, dünya üçün böyük təhlükəyə çevrilən və qarşısının alınması üçün milyardlarla vəsait xərclənən koronavirusla mübarizədə Azərbaycan dövləti həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu”.

Kaspersky: 2020-ci ildə Azərbaycanda zərərli proqramlar cihazlara ən çox portativ daşıyıcılar vasitəsilə nüfuz edir
Kaspersky: 2020-ci ildə Azərbaycanda zərərli proqramlar cihazlara ən çox portativ daşıyıcılar vasitəsilə nüfuz edir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub
“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir (FOTO)
“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir (FOTO)
Loading Bars
Xəbər lenti
Qəbələyə istirahətə gələnlər cərimələnib (VİDEO)
Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub (FOTO)
“Zenit” futbol klubunun iki oyunçusu koronavirusa yoluxub
Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib
Avstraliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
Əfqan Nağıyev ev dustaqlığına buraxılıb - Rəsmi
Bakıda 18 km yol yenidən qurulur (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 15 min nəfəri keçdi
Peşə təhsili üzrə qəbul planına 18 260 yer ayrılıb
Köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq - Direktor
Azərbaycan Ordusunun generalı vəfat edib
Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək
Masallıda qaydaları pozan 21 velosipedçi cərimələndi
Bu gündən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir
Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir (FOTO)
Tovuzun Ağdam kəndində ödənişsiz səyyar tibbi müayinə keçirilib (FOTO)
Paytaxtda polis əməkdaşı bıçaqlanıb
Ermənistanda daha 5 nəfər koronavirusdan öldü
"Singapore Airlines" 6 mindən çox əməkdaşı ödənişsiz məzuniyyətə göndərib
Bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İlkin nəticələrə görə Lukaşenko səslərin 80,23 faizini toplayıb - Arzu Nağıyev
Xəzərdə suyun səviyyəsi azalıb
Havanı çirkləndirən sexin sahibi cəzalanıb
Pakistanda daşqınlar: 60-dan çox ölü
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozub
Avqustun 10-da xarici valyutaların manata qarşı məzənnələri
Bakıda qəza - avtobuslar gecikir (FOTO)
İsraildə koronavirusa yoluxanların sayı 83 min nəfəri ötüb
Bakıda ev yanıb
Xətai rayonunda “Hyundai” yanıb
Səbail rayonu ərazisində yerləşən çimərliklərdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb
Yevlaxda 1 nəfər Kürdə batıb, FHN axtarış aparır
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu məhv edib
Tramp: ABŞ Livana əlavə yardım göndərəcək
Bakıda ictimai nəqliyyatın hərəkəti bərpa edilib
Braziliyada bir gündə koronavirusdan 572 nəfər ölüb
BQXK Livana 40 milyon avro yardım edəcək
Ağstafada top mərmisi tapılıb (FOTO)
Belarusda prezident seçkilərində seçici fəallığı 84,05 faiz olub
Nigerdə 6 fransalı turist qətlə yetirilib
Livanda daha bir nazir istefaya gedib
MSK: Lukaşenko prezident seçkilərində liderdir (ƏLAVƏ OLUNUB)
Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı
Ağsuda zəlzələ olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 273 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər
İsraildə ordumuza dəstək yürüşü keçirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 223 min nəfəri ötüb
"Exit poll": Lukaşenko Belarusda keçirilən prezident seçkilərində 79,7% səslə qalib gəlib
Belarusda prezident seçkilərində səsvermə başa çatıb
Beyrutda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 5 milyonu keçdi
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub
Naqif Həmzəyev: Belarusda əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq
Koronavirusa yoluxma riskinin artmasına yol verməmək üçün vətəndaşlar sıxlığın az olduğu çimərliklərə getməlidirlər (FOTO)
Kabilin mərkəzində partlayış baş verib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)
ABŞ-da atışma olub, ölən var
“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir (FOTO/VİDEO)
Çimərliklərdə sıxlıq davam edir - Nəzarət tədbirləri gücləndirilib
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Paytaxtda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
İranda daha 163 nəfər koronavirusdan ölüb
Arzu Nağıyev: Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir (FOTO)
İranda güclü zəlzələ olub
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO)
Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% təşkil edib
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək
Hindistanda COVID-19 xəstələri üçün xəstəxanada baş verən yanğında 7 nəfər öldü
İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu vəfat edib
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib (FOTO/VİDEO)
Arye Qut: Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib
ADPU-da “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib (FOTO)
Şamaxıda "Mercedes" yanıb
Bakı sakini qardaşı tərəfindən qətlə yetirilib
Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var
Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb
BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb
Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb
Bütün xəbərlər