...

İtaliya mətbuatı Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qanunsuz məskunlaşdırma siyasətindən yazır

Siyasət Materials 15 Sentyabr 2020 20:46 (UTC +04:00)
İtaliya mətbuatı Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qanunsuz məskunlaşdırma siyasətindən yazır

Bakı. Trend:

İtaliyanın “Politicamente Corretto”, “Giornale Diplomatico” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistanın son günlərdə xüsusilə Livandan ermənilərin bu torpaqlara köçürülməsini həyata keçirməsi haqqında yazılar dərc edilib.

Trend xəbər verir ki, yazılarda Azərbaycanın İtaliyadakı səfirliyinin mətbuat açıqlaması əsasında aidiyyəti mövzuya dair Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq açıqlamalarına istinadən fikirlər əksini tapıb.

Məqalələrdə Ermənistanın Livanda baş vermiş partlayışdan özünün mənfur məqsədləri üçün sui-istifadə etdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin əslində demoqrafik vəziyyəti dəyişdirmək məqsədi daşıdığı bildirilir. Qeyd olunur ki, həmin insanlardan silahlı muzdlular kimi də istifadə edilir. Bu qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir əsasının olmadığı, Azərbaycanın onun nəticələrini tamamilə rədd etdiyi və Ermənistan tərəfindən aparılan bu prosesin müharibə cinayəti olduğu diqqətə çatdırılır. Habelə yazılarda bu qanunsuz fəaliyyətin işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasının bariz nümunəsi olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti