Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir

Bakı. Trend:

30 ildən artıqdır ədalətli həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə, səsləndirdiyi qeyri-ciddi bəyanatlara, törətdiyi təxribatlara görə artıq dalana dirənib. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu günlərdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində, həmçinin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində əsas diqqət yönəldilən məsələ Dağlıq Qarabağ problemi olmuşdur. Dövlətimizin başçısı bir daha Ermənistanın məqsədinin danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaq olduğunu bildirərək demişdir: “Ona görə hesab edirlər ki, bunu edə biləcəklər, hesab edirəm ki, səhv edirlər. Nə qədər bunu tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxması öz əksini tapıb. Dövlətimizin münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyi bəllidir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Yəni, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

“Dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində bir daha BMT-yə üzv dövlətlərin qurumun Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürdüyünü, lakin Ermənistanın öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etdiyinə diqqət yönəltmişdir” söyləyən V.Rəhimzadə vurğulayıb ki, təəssüflər olsun ki, Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir: “İşğalçı Ermənistanda yeni hakimiyyətin münaqişənin həllinə gətirdiyi “yeniliklər” regionda hərbi siyasi gərginliyin daha da artmasına xidmət edir. Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” tipli aqressiv və təxribatçı bəyanatları danışıqlar prosesinə ciddi zərbədir. Paşinyan danışıqlar prosesində əsassız şərtlər irəli sürür və bu tələlər dövlətimiz tərəfindən haqlı olaraq qətiyyətlə rədd edilmişdir. Azərbaycan dövləti bir daha bəyan etmişdir ki, sülhə nail olunması üçün bizim yeganə şərtimiz Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün ərazilərimizdən çıxarılmasıdır. “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.” Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi, əzəli torpağı olaraq tanıyır”.

“İki sahil” qəzetinin baş redaktoru Ermənistanın yeni hakimiyyətinin Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etməsini də xüsusi vurğulayıb. Bildirilib ki, Ermənistan Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını açıq-aşkar nümayiş etdirir: “Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd olunan nitqində bir daha işğalçı dövlətin əsl simasını, yeritdiyi aqressiv siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır: “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.

V.Rəhimzadə Ermənistanın bu antibəşəri siyasətini çəkinmədən davam etdirməsində dünyanın ikili siyasətinin rolunu xüsusi qeyd edib: “İşğalçı dövlət beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur, dünya buna göz yumur. Ermənistan hərbi təxribatlarını davam etdirir, sərsəm bəyanatları ilə danışıqlar prosesini pozur, yenə dünya susur. İşğal edilmiş ərazilərimizdə süni məskunlaşdırma siyasəti həyata keçirir, Şuşada qondarma rejimin qondarma rəhbərinin guya andiçmə mərasimi təşkil olunur, dünya seyrçi mövqeyini dəyişmir. Bu kimi təxribatlara, çirkin oyunlara son qoyub, Ermənistanı danışıqlar prosesinə cəlb etmək üçün səylər göstərmək əvəzinə işğalçı dövlət silahlandırılır. Dünyanın bu gözyummalar fonunda möhtərəm Prezidentimiz İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Qoşulmama Hərəkatının sədri kimi bildirmişdir ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var: “Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir”.

Baş redaktor bu mühüm məqamı da xüsusi qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunu gündən-günə möhkəmləndirən, regionda əsl söz sahibinə çevrilən, beynəlxalq hüququn norma və prinsiplərini xarici siyasətinin prioritet istiqaməti kimi öndə saxlayan Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı fəaliyyətin əsasını hücum diplomatiyası təşkil edir: “Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman bəyan edir ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsi zamanı da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanatlar səsləndirmişdir. Bu bəyanatlar işğalçı dövlətə və onun havadarlarına ciddi mesaj olmalıdır”.

"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Loading Bars
Xəbər lenti
Jurnalistlər həbsdə olan sabiq deputatın məhkəməsinə buraxılmadı
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)
Masazırda ev yanıb
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub
Canni de Byazinin millidəki taleyinə nə vaxt aydınlıq gələcək? - AFFA -dan AÇIQLAMA
2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb
Füzulidə minaya düşən hərbi qulluqçuların son vəziyyəti məlum olub
Mərkəzi Gömrük Hospitalının oftalmoloqu “Korluğun əsas səbəbləri” haqqında məlumat verib
Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib
Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir - BMT rəsmisi
Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ
Yaponiya xarici vətəndaşlara viza verilməsini dayandırır
Azərbaycanın qadın zorakılığına qarşı gördüyü işləri təqdirəlayiq hesab edirik - ABŞ səfiri (FOTO)
Soçi görüşü Ermənistanı 10 noyabr bəyanatından yayınmaq imkanlarından məhrum etdi - Deputat
Maliyyə piramidası fırıldağı necə işləyir? - AÇIQLAMA
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib (FOTO)
Həftəsonu yol qəzalarında beş nəfər ölüb
Daha bir məktəbdə əyani tədris bərpa olundu
Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olunub
Əkinlərini tez bəyan edən fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar - Nazirlik
Kəlbəcərin İstibulaq kəndi (VİDEO)
Gələn il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclası Azərbaycanda keçiriləcək
Azərbaycan enerji sektorunda İrana kömək edə bilər – İranlı ekspertlərin Aşqabad sammitinə rəyləri
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda yaşayış binasında yanğın olub
ABŞ-ın sabiq müdafiə naziri Pentaqonu məhkəməyə verib
Ağcabədidə tibb məntəqəsi yanıb
Sumqayıtda mənzildən kişi meyiti tapılıb
Xaçmazda intihara cəhdin qarşısı alınıb
İran və Azərbaycan arasında yükdaşıma-tranzit xərclərinin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək – İranlı rəsmi (ÖZƏL)
Mir Şahinin vaxtı (VİDEO)
Fransada koronavirusun yeni ştammına 8 mümkün yoluxma halı aşkarlanıb
Perudakı güclü zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb
"Brent" markalı neftin qiyməti 75 dolları ötüb
"Omikron" ştammının daha yoluxucu olub-olmadığı hələ məlum deyil - ÜST
Konqoda silahlılar 22 nəfəri qətlə yetirib
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alınıb
G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar
İsrail xarici turistlər üçün sərhədlərini bağladı
"Formula 1"in "Williams" komandasıının yaradıcısı vəfat edib
Böyük Britaniyada koronavirusun "omikron" ştammına daha bir nəfər yoluxub
İngiltərə Premyer Liqası: “Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - Amerikalı ekspert
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 20 007 nəfər sağalıb
Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü
KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov
Bakıda Batut Gimnastikası yarışlarının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm - Migel Visente Marino
Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil - İran Prezidenti
Prezident İlham Əliyev: Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
Azərbaycan, İran və Türkmənistan arasında qazın svop tədarükü barədə razılaşma imzalanıb (FOTO)
Bütün xəbərlər