...

Pakistan XİN: Pakistanlı hərbçilərin Azərbaycan ordusu ilə birlikdə döyüşməsi barədə məlumatlar əsassızdır

Siyasət Materials 2 Oktyabr 2020 12:58 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Xarici İşlər Nazirliyi pakistanlı hərbçilərin Azərbaycan ordusu ilə birlikdə Ermənistana qarşı döyüşməsi iddialarına münasibət bildirib.

Trend-in məlumatına görə, Pakistan XİN-in mətbuat katibi həmin iddiaları spekulyativ və əsassız adlandıraraq təkzib edib.

O qeyd edib ki, bu cür xəbərləri yaymaq məsuliyyətsizlikdir.

Pakistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini şərh edən XİN rəsmisi bildirib ki, Pakistan Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən dərin narahatlıq duyur”.

O, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini intensiv atəşə tutmasını qəti şəkildə pisləyib.

“Bu, bütün regionda təhlükəsizliyi və sülhü poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır. Pakistan BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul olunan bir neçə qətnaməyə əsaslanır və Azərbaycanın mövqeyini dəstəkləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti