...

Millət vəkili: Paşinyan faşist siyasəti ilə erməniləri məhvə sürüklədiyini anlamağa başlayır

Siyasət Materials 5 Oktyabr 2020 12:49 (UTC +04:00)
Millət vəkili: Paşinyan faşist siyasəti ilə erməniləri məhvə sürüklədiyini anlamağa başlayır

Bakı. Samir Əli - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan faşist siyasəti ilə erməniləri məhvə sürüklədiyini anlamağa başlayır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Paşinyan bu vaxta qədər təlxəklik etməklə özünə haqq qazandırmaq istəyirdi: "Cənab Prezident demişkən o küçədən gəlmiş biridir. O siyasi xadimdən, dövlət rəhbərindən çox, ortalıqda ağlına gələni edən bir təlxəyə oxşayırdı. Paşinyan ayda bir dəfə Dağlıq Qarabağa gəlib orada min cür oyunlardan çıxırdı, ağzına gələni danışırdı. Amma indi Paşinyan 24 saat telefonlarda qalıb, beynəlxalq qurumlara, dünyanın aparıcı dövlətlərinə, Minsk Qrupunun həmsədr dövlətlərinə, digər dövlətlərə zəng vurmaqla məşğuldur. O artıq zənginə cavab verən hər kəsə yalvarır, onlardan kömək istəyir. Yəni bəzi dövlətlər Ermənistanı arxayın etmişdilər ki, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə imkan verməyəcək. Amma indi Ermənistan bunun əksini gördü. Çünki Azərbaycanın bu məsələdəki bütün hərəkətləri tam olaraq beynəlxalq hüquq normalarına uyğundur, Azərbaycan bir dövlət kimi özünün ərazi bütövlüyünü qoruyub saxlamağa, torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Ağlı yerində olan bütün dövlət və beynəlxalq qurum rəhbərləri bildirir ki, Azərbaycan öz ərazisində torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başlayıb. Heç bir ölkənin isə Azərbaycanın daxili işinə qarışmaq haqqı yoxdur. Paşinyan artıq xahiş etmir, yalvarır".

Millət vəkili bildirib ki, Paşinyan artıq bütün dünya ermənilərinə müraciət edir və yalvarır ki, döyüşdə iştirak etsinlər: "Artıq bunu özləri etiraf edir ki, Ermənistan ordusunda başqa ölkə vətəndaşları olan muzdlular döyüşür. Amma onlar özləri Azərbaycanı ittiham edirdilər ki, guya Azərbaycan ərazisində Türkiyə və başqa ölkələrdən muzdlular döyüşür. Amma əslində bütün Ermənistan xəbər agentlikləri, Fransa və Misir mediası yazır ki, Ermənistan ordusuna Livandan, Suriyadan və dünyanın bir çox ölkəsindən gətirilmiş muzdlu terrorçular, PKK və ASALA terror təşkilatlarının üzvləri döyüşmək üçün cəlb edilib. Bunu artıq ermənilər özləri etiraf edirlər. Gör Paşinyan nə günə qalıb ki, 60-70 yaşlı insanları, hətta qadınları müharibəyə göndərir. Hətta bunu özlərinə fəxr kimi qələmə verirlər ki, onlarda hamı müharibəyə gedir".

Deputat bildirir ki, erməni xalqı Paşinyan və onun ətrafında olanları məhv eləməlidir: "Erməni xalqı bir vaxt biləcək ki, necə Adolf Hitler Almaniyanı faşist Almaniyasına çevirib məhv elədi, elə də Paşinyan Ermənistanı və erməni xalqını özünün qulluq etdiyi faşist idealogiyası ilə məhvə sürükləyir, onları bu ideologiyaya qurban verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti