...

Minsk qrupu münaqişənin tənzimlənməsi üçün heç bir iradə göstərmədi - Türkiyə parlamentinin sədri

Siyasət Materials 20 Oktyabr 2020 11:27 (UTC +04:00)
Minsk qrupu münaqişənin tənzimlənməsi üçün heç bir iradə göstərmədi - Türkiyə parlamentinin sədri

Bakı. Elçin Mehdiyev - Trend:

Regionda sülhün və sabitliyin təmin edilməsi üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Milli Məclisin plenar iclasında çıxışı zaman deyib.

M.Şentop bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri uzun illərdir yerinə yetirilmir. O bildirib ki, Minsk qrupu münaqişənin tənzimlənəsi üçün heç bir gerçək iradə göstərmədi.

M.Şentop qeyd edib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlara əl atdı: “Lakin Ermənistan gözləmədiyi bir vəziyyətlə üzləşdi. Qəhrəman Azərbaycan Ordusu torpaqların işğaldan azad edilməsinə başladı. Bəzi dövlətlər Azərbaycanı bu haqq işində günahlandırdı. Azərbaycan beynəlxalq hüquqa əsasən öz torpaqlarını işğaldan azad etməkdədir. Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə və Azərbaycan torpaqları üzərindən öz məqsədlərini həyata keçirə bilməz. Türkiyə sona qədər Azərbaycanın yanındadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti