...

Hikmət Hacıyev: Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir (VİDEO)

Siyasət Materials 3 Noyabr 2020 00:56 (UTC +04:00)
Hikmət Hacıyev: Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir (VİDEO)

Bakı. Trend:

"Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini - hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi".

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

Hikmət Hacıyev bildirib ki, 8 oktyabr tarixində də Ermənistan Azərbaycanın Füzuli bölgəsinə fosfor mərmisi atıb: "Mərmi zərbə zonasında partlamayıb. ANAMA mütəxəssisləri onu müəyyənləşdirərək zərərsizləşdiriblər. Ermənistan PUA-ların kameralarını ağ tüstü ilə örtmək üçün fosfordan istifadə edərək Şuşa meşələrində yanğın törədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti