...

Prezident İlham Əliyevdən BBC müxbirinə: Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var

Siyasət Materials 9 Noyabr 2020 12:33 (UTC +04:00)
Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var
Prezident İlham Əliyevdən BBC müxbirinə: Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var

Bakı. Trend:

Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısmız və jurnalist arasındakı dialoq:

Prezident: Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar, ballistik raketlərlə Gəncəyə hücum etdilər.

- Prezident Əliyev, icazə verin, bizim BBC həmkarlarımızın nə gördüklərini Sizə deyim. Bu, şayiə deyil. Bu, BBC həmkarlarımız tərəfindən çəkilmişdir, onların gördükləridir. Onlar oktyabrın biri, ikisi və üçü Stepanakertdə və Dağlıq Qarabağda olublar. Onlar şəhərin, o cümlədən təcili tibbi yardım mərkəzinin xaotik mərmi atəşinə tutulmasını, yaşayış binasının dağıdılmasını, insanlar qaçmağa cəhd göstərəndə onların başlarının üstündə dronun olmasını, bir az sonra yaxınlıqda əlavə mərmi atəşlərinin açılmasını görüblər. Onlar bunu aydın hərbi hədəflər olmadan şəhərin sistemsiz mərmi atəşinə tutulması kimi xarakterizə etdilər. Bu, şayiə deyil. Bu, BBC-nin şahid olduğu və lentə aldığı hadisədir.

- Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var. Şübhələrim var.

- Lakin Prezident Əliyev, onlar orada idilər.

- Nə olsun ki, onlar orada idilər? Bu, heç nə demək deyil. Bu, feyk xəbər ola bilər. Bizim hərbi...

- Bu nəyə görə feyk xəbər olsun ki? Nəyə görə oraya gedən istənilən jurnalist feyk xəbərləri yayımlamağı qərara alsın ki?

- Münaqişəyə qərəzli mövqeyinə görə, beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma təbliğatına görə.

- Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz? Hər şey feyk xəbərdir?

- Əlbəttə, bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada “şahidi” olub. Mən buna inanmıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti