...

Rusiya ilə Qarabağ üzrə Monitorinq Mərkəzinin fəaliyyətinə dair danışıqlar davam edir - İbrahim Kalın

Siyasət Materials 22 Noyabr 2020 16:53 (UTC +04:00)
Rusiya ilə Qarabağ üzrə Monitorinq Mərkəzinin fəaliyyətinə dair danışıqlar davam edir - İbrahim Kalın

Bakı. Trend:

Türkiyə hərbçiləri bu və ya digər şəkildə Qarabağda olacaqlar.

Trend-in məlumatına görə, bu barədə NTV telekanalına müsahibəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

İ.Kalın qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri uzun müddətdir müdafiə sahəsində Azərbaycan tərəfi ilə fəal və sıx əməkdaşlıq edir:

"Yəni, müəyyən mənada biz Azərbaycanda çoxdan mövcuduq. İndi isə hərbçilərin Cənubi Qafqaza göndərilməsi haqqında bir qaqnun layihəsi parlamentdə qəbul edilib. Bu o deməkdir ki, biz monitorinq kontingentinin bir hissəsi olaraq Qarabağda olacağıq".

Onun sözlərinə görə, Türkiyə hərbçilərinin Qarabağdakı müşahidə missiyasına qoşulması Avropada da daxil olmaqla Qərbin strateji uğurudur. Mətbuat katibi vurğulayıb ki, Türk ordusu Qarabağda, Suriyada və Liviyada tarazlıq amilidir.

İ.Kalın qeyd edib ki, Rusiya ilə Qarabağ üzrə Monitorinq Mərkəzinin fəaliyyətinə dair danışıqlar davam edir:

"Dialoqun ilk mərhələsi başa çatıb. Rusiya tərəfinə Ankaranın mövqeyi barədə məlumat verildi. İndi Rusiya nümayəndə heyətinin üzvləri Kremldən müvafiq təlimat alacaqlar. Dialoqda Türkiyənin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər. Yaxın günlərdə mərkəzin yeri və prinsipləri müəyyənləşdiriləcəkdir. Kimin nəyə görə cavabdeh olduğu aydın şəkildə müəyyənləşdiriləcəkdir. Türkiyə hərbçiləri bu və ya digər şəkildə Qarabağ üzrə Monitorinq mərkəzində olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti