...

Ermənilər Qarabağda baş verənlərdən nəticə çıxara bilsə, bu, yeni dönəmin başlamasına səbəb olacaq - Ərdoğan

Siyasət Materials 10 Dekabr 2020 14:08 (UTC +04:00)
Ermənilər Qarabağda baş verənlərdən nəticə çıxara bilsə, bu, yeni dönəmin başlamasına səbəb olacaq - Ərdoğan

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan hakimiyyətləri xalqın resurslarını Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün xərcləyiblər.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.

R.Ərdoğan deyib ki, Ermənistandan cəsur addımlar atmasını gözləyirik: “Ermənilərin diaspor əsarətindən qurtarmasını, düşmənçilik yerinə yaxşı qonşuluq münasibəti göstərməsini arzulayırıq. Erməni xalqı Qarabağda baş verən hadisələrdən nəticə çıxaracaqsa, bu, bölgədə yeni dönəmin başlamasına səbəb olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti