...

Azərbaycan milli inkişafda yeni bir era açdı - Maksim Şevçenko (FOTO)

Siyasət Materials 11 Dekabr 2020 18:12 (UTC +04:00)
Azərbaycan milli inkişafda yeni bir era açdı - Maksim Şevçenko (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan milli inkişafda yeni bir çağ, xalqın iradəsinin əhəmiyyət kəsb etdiyi və Prezident İlham Əliyevin o iradəni dinlədiyi era açdı.

Trend-in məlumatına görə, bunu rusiyalı politoloq və jurnalist Maksim Şevçenko bir qrup ziyalı və jurnalistlərlə görüşündə deyib.

M.Şevçenko bildirib ki, Azərbaycan çoxmillətli bir ölkədir və müharibədə şəhid olanlar arasında ölkədə yaşayan digər millətlərin də nümayəndələri var: “Müharibə erməni xalqı ilə aparılmırdı. Müharibə əməkdaşlıq etmək əvəzinə erməni xalqını döyüşməyə və öldürməyə məcbur edən insanlarla aparılırdı”.

O qeyd edib ki, öz torpaqları uğrunda canlarından keçən və döyüşən qəhrəmanlar sayəsində Azərbaycan bu mübarizədən uğurla çıxdı.

M.Şevçenko, həmçinin qeyd edib ki, dünya xalqları Azərbaycanı tanıdı: “Qərb Azərbaycan əsgərlərinin şücaətini təəccüblə qarşıladı. Onlar hamısı düşünürdülər ki, vəziyyət 2016-cı ildə olduğu kimi başa çatacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti