Fransa hakimiyyəti nifrət və zorakılıq mühitinin ölkəyə yayılmasından narahatdır - Azərbaycan səfiri (MÜSAHİBƏ)

Fransa hakimiyyəti nifrət və zorakılıq mühitinin ölkəyə yayılmasından narahatdır - Azərbaycan səfiri (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Trend-ə müsahibə verib.

- Cənab səfir, bu yaxınlarda Azərbaycan mətbuatı Fransa prokurorluğunun Azərbaycanın Parisdəki səfirliyinin təqdim etdiyi ikinci Qarabağ müharibəsi zamanı Fransa vətəndaşlığı olan şəxslərin hərbi cinayətlər törədilməsində iştirakı faktları ilə bağlı ilkin araşdırmaya başladığını bildirdi. Bu nə ilə əlaqədardır?

- Sentyabr - oktyabr aylarında Fransa mediasında və sosial şəbəkələrdə Fransa vətəndaşlarının Qarabağ müharibəsində Ermənistan tərəfində iştirakı ilə bağlı bütün məlumatları topladıq. Noyabr ayının əvvəlində bütün bu məlumatları vəkillərimizlə birlikdə təhlil etdik və terrorla mübarizə üzrə milli prokurora və ayrıca respublika prokuroruna müvafiq müraciətlər hazırladıq. Bu məktublarda münaqişənin hüquqi və siyasi aspektləri barədə məlumat verdik, Fransa vətəndaşlarının Ermənistan tərəfindəki hərbi əməliyyatlarda iştirak faktlarını göstərdik və cinayətkarları cəzalandırmaq və Fransa vətəndaşlarının Azərbaycana qarşı başladılan müharibədə qanunsuz iştirakının qarşısını almaq üçün qanundan və bütün hüquqi mexanizmlərdən istifadə etməyə çağırdıq. Bu yaxınlarda vəkillərimizdən Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələri əsasında Fransa prokurorluğunun "cinayət əməlinin törədilməsində iştirak" şübhəsi ilə ibtidai istintaq başlatdığı barədə məlumat aldıq. Bu irəliyə doğru çox vacib bir addımdır.

- Fransa vətəndaşları hərbi əməliyyatlarda iştirak etməklə hansı qanunları pozdular?

- Əvvəlcə qeyd etmək istərdim ki, qanunun pozulub-pozulmamasına məhkəmə ilkin istintaq davam edərkən qərar verəcəkdir. Ancaq, fikrimizcə, Fransa Cinayət Məcəlləsinin "mövcud güc qurumlarını devirməyə və dövlətlərin ərazi bütövlüyünə xələl gətirməyə yönəlmiş koordinasiya edilmiş zorakılıq hərəkətlərində iştirak etmək" istinad edərək təxmin edirik ki, xüsusi olaraq cəlb edilmiş erməni və qeyri-erməni mənşəli Fransa vətəndaşları mühakimə olunmalıdır. Bu, 5 il həbs və 75.000 avro cərimədir.

- Yəni Fransız muzdluların cəzalandırılması ehtimalı varmı?

- Əlbətdə var. Hər halda istintaq başlayıb. Üstəlik Fransa erməniləri artıq Azərbaycana qarşı döyüş əməliyyatlarında iştirak etmələrinin nəticələrinin olacağını hiss ediblər. Müraciətimiz üzrə ilkin istintaq başlayandan sonra Yerevandan Parisə qayıdan bir çox erməni yerli hava limanlarında polis bölməsində xüsusi sorğuya cəlb ediliblər, sorğularda məqsəd aktiv döyüş əməliyyatları dövründə Ermənistana getmələrinin səbəblərini öyrənmək idi. Əldə etdiyimiz məlumata görə, bu sorğulardan 200-dən çox insan keçib. Bu, hamısının döyüş əməliyyatlarında iştirak etdiyi anlamına gəlmir, amma gerçəklikdir ki hamısı şübhə altına düşür.

- Bu nə deməkdir?

- Bu o deməkdir ki, noyabr-dekabr aylarında Ermənistandan qayıdan bir çox Fransız ermənisi müharibə bölgəsində olub-olmamasından asılı olmayaraq "S" nişanəli qeyd dəftərində (təhlükəsizlik sözündəki ilk hərfin qısaltması, "Sûreté de l'Etat", milli təhlükəsizlik), yəni ölkənin milli təhlükəsizliyi üçün potensial və ya real təhlükə yaradan şəxslərin yerləşdirildiyi qeydiyyatdır. Müqayisə üçün qeyd edim ki, eyni siyahıda (şübhəlinin yaratdığı təhdid dərəcəsindən asılı olaraq göstərici 1 ilə 16 arasında dəyişir) Fransanın öz ərazisində və ya hüdudları kənarında terror aktları da daxil olmaqla həqiqi cinayətlər törətmiş ölkə vətəndaşları var.

- İlkin istintaq yalnız Fransa ermənilərinə və ya bu ölkənin bütün vətəndaşlarına aiddirmi?

- İstintaq bütün Fransa vətəndaşlarını, xüsusən də "Paris Zuavları" ultra-sağ neofaşist təşkilatının liderini "Qarabağda müsəlmanlara qarşı döyüşməyə" getdiyini gizlətməyən şəxslərə aid ediləcək. Bu təşkilat 2017-ci ilin sonunda yaradılıb və aqressiv irqçi bəyanatları, jurnalistlərə, antifaşistlərə və Afrika ölkələrindən gələn mühacirlərə hücumları, xüsusilə 2018-ci ilin sonunda "sarı jiletlər" nümayişləri zamanı iğtişaşlar təşkil etməsi ilə "məşhur oldu". Bu ilin iyun ayında bu təşkilatın qeyri-qanuni ekstremist hərəkətləri məsələsi - "bu təhlükəli təşkilatın fəaliyyətinə son qoymaq" tələbi ilə Daxili İşlər Nazirinin qarşısında Senatda da qaldırıldı. Yeri gəlmişkən, erməni separatçıları ilə Fransız neofaşistləri arasındakı bu əlaqə çox simvolikdir.

- Prokurorluğun bu istiqamətdə tədbirləri müharibənin səbəblərinə dair Fransanın ölkəmizə münasibətindəki mövqeyinin dəyişməsi ilə əlaqədardır?

- Fransanın mövqeyini dəyişdirməyindən söhbətin getdiyini düşünmürəm. Səbəb, fikrimcə, Fransa hakimiyyəti münaqişənin Fransa ərazisinə keçməsinin mümkün təhlükəli nəticələri ilə bağlı narahatdır. Mümkündür ki, bu ölkənin bəzi vətəndaşları digər Avropa ölkələri üzərindən quru yolu ilə Azərbaycanın Qarabağ bölgəsindən silahlarla qayıtsınlar.

Bu səbəbdən səlahiyyətlilər döyüşlərdə iştirak edən Fransa ermənilərinin Fransanın özündə yeni problemlər, ictimai asayişlə əlaqəli təxribat xarakterli hərəkətlər, 700.000-ə yaxın türk toplumu ilə, eləcə də Azərbaycan icması ilə münasibətlərdə gərginlik mənbəyi olacağından qorxurlar. Üstəlik, bu il ərzində, xüsusilə iyul-noyabr aylarında, erməni diasporasının radikal dairələri tərəfindən həm türk icmasının üzvlərinə, həm də diplomatik nümayəndəliyimizə, diplomatlarımıza və Fransada yaşayan və işləyən soydaşlarımıza qarşı təxribatlar baş verib.

Bu da nəzərə alınmalıdır ki, və bu barədə Fransa hüquq-mühafizə orqanlarına da məlumat vermişik, fransız deputatlar, senatorlar və jurnalistlər arasındakı bir çox Azərbaycanın dostu olan şəxslər hələ də sosial-şəbəkədəki ünvanlarına fiziki zorakılıq mesajları daxil olur, Fransa-erməni radikallarından təhdidlər alır. Bu təəccüblü deyil, çünki ASALA terror təşkilatı Fransada demək olar ki, açıq şəkildə fəaliyyət göstərir, təmsilçiləri rəsmi şəxslər, məsələn Paris meri tərəfindən qəbul edilir.

Bir sözlə, ibtidai istintaq zamanı prokurorluqdan məlumat gözləyəcəyik və vəziyyətə cavab verəcəyik. Prinsipcə, strategiyamız sadə bir prinsipə əsaslanır - istisnasız olaraq ölkəmizə qarşı çoxsaylı təxribatlara və dost olmayan hərəkətlərə reaksiya vermək.

İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Loading Bars
Xəbər lenti
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər
Prezident İlham Əliyev: Böyük Qayıdış proqramının icrasında ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
Prezident İlham Əliyev: Şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir
Prezident İlham Əliyev: Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb - XİN
Türkiyədən Azərbaycana daha çox sərmayəçi gələ bilər - Abdurrahman Uzun
Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir - Aydın Quliyev
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb (FOTO)
Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar gecikir (FOTO)
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Bütün xəbərlər