...

Prezident İlham Əliyevin parlaq liderliyi və müdrikliyi Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi - Rob Sobhani

Siyasət Materials 22 Dekabr 2020 15:12 (UTC +04:00)
Prezident İlham Əliyevin parlaq liderliyi və müdrikliyi Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi - Rob Sobhani

Bakı. Trend:

Prezident İlham Əliyevin parlaq liderliyi və müdrikliyi Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi.

Bunu Trend-ə amerikalı ekspert, "Caspian Group Holdings"in baş direktoru Rob Sobhani deyib.

O hesab edir ki, Azərbaycanın qələbəsi bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli olan amillərə əsaslanıb:

"Birinci amil Prezident İlham Əliyevin parlaq liderliyidir. O, sanki, dünya arenasında vakuumu hiss etdi. Mən bunu Minsk qrupu həmsədr ölkələrinin liderlik vakuumu adlandırıram. İkinci amil Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətininin həyata keçirilməsində göstərdiyi müdriklikdir. Ermənistanın təcrübəsiz baş naziri Nikol Paşinyandan fərqli olaraq Prezident İlham Əliyev iki regional güc, yəni Rusiya və Türkiyə ilə dostluq münasibətlərini təmin etdi. İkinci Qarabağ müharibəsinin ədalətli müharibə olması barədə rasional arqumentlər gətirməklə Azərbaycan Prezidenti bu iki vacib dövlətin dəstəyini təmin edə bildi. Üçüncüsü, hesab edirəm ki, Azərbaycanın İsraillə münasibətləri də vacib rol oynadı. İsrailin hərbi-sənaye kompleksinin texnoloji üsünlüyünü Prezident İlham Əliyev əvvəldən qeyd etmişdi. Azərbaycanın qələbəsinə gətirib çıxarmış dördüncü vacib amil müasir pilotsuz uçuş aparatlarında istifadə olunmuş innovativ texnologiyalar idi. Müasir texnologiyaların tətbiqi hərbi güc balansını Azərbaycanın xeyrinə dəyişmiş mühüm amil idi. Bu, Azərbaycanın gələcəyi üçün çox vacib dərsdir: biotexnologiyalar, süni intellekt, elektromobillər üçün akkumulyatorlar kimi innovativ və yaradıcı texnologiyalara investisiya qoymaq. Və nəhayət, heç vaxt unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanın qəhrəman əsgərlərinin rəşadəti sayəsində mümkün oldu".

Ekspert əlavə edib ki, Qarabağın bərpası və inkişafı prioritet olacaq:

"Beləliklə, hazırda zəruri olan "Qarabağ üçün Marşall planı"dır. Qarabağda yol, körpü, elektrik enerjisi istehsalı, su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqəsi və turizm kimi iri infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi dövlətləri dəvət etmək lazımdır. Azərbaycan dövlət-özəl sektor tərəfdaşlığı əsasında maliyyələşdirilməsi üçün banklara təqdim olunacaq konkret layihələri müəyyənləşdirməlidir. Məsələn, ölkə Şuşada günəş panelləri və akkumluyatorların istehsalı üzrə obyektlərin texniki-iqtisadi əsaslandırmasını təqdim edə bilər. Bu, Avropa İnvestisiya Bankı üçün böyük maraq kəsb edəcək. Qarabağın və ətraf ərazilərin azad edilməsi həmin rayonlarda kiçik və orta müəssisələrin öz məhsulunu elektron ticarət portalları vasitəsilə dünya bazarlarında satışı məqsədilə Bakıya nəql etməsi üçün tarixi imkan yaradır. Yaponiya, Çin və ya Fransa istehsalı olan texnologiyaların istifadəsi ilə Bakı ilə Qarabağı birləşdirən yüksək sürətli dəmir yolu əlaqəsi yaratmaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti