...

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha çox uğur əldə edəcək - Ekspert

Siyasət Materials 24 Dekabr 2020 15:05 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha çox uğur əldə edəcək - Ekspert

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsində Qələbədə müstəsna rolu var.

Bunu Trend-ə tarix elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin post-Sovet məkanında beynəlxalq münasibətlər kafedrasının dosenti Niyazi Niyazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi səylər Qələbəyə gətirən amilləri formalaşdırdı.

Ekspert xüsusilə Azərbaycan Prezidentinin xarici siyasi arenadakı fəaliyyətini və Rusiya, Türkiyə, İsrail kimi mühüm dövlətlərin rəhbərləri ilə etibarlı münasibətlər qurmasını xüsusi vurğulayıb:

"Yekunda bütün bu amillər Azərbaycanın Vətən müharibəsində Qələbəsini şərtləndirdi. Bundan başqa, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirməklə, prezidentliyinin ilk günündən silahlı qüvvələrin inkişafına, müasir silahlarla təchiz olunmasına xüsusi diqqət ayırdı ki, bu da Qələbənin əldə olunmasına öz rolunu oynadı".

Onun sözlərinə görə, bu gün Azərbaycan xalqının öz Prezidentini tam dəstəkləməsi onun üçün ən yüksək mükafatdır və o, özü bu barədə dəfələrlə deyib:

"Fikrimcə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, xüsusən də öz ərazilərinin bərpa olunması ilə bağlı məsələlərdə daha çox uğur əldə edəcək. Özü özlüyündə azad edilmiş ərazilərin iqtisadi bərpası dünyada pandemiya ilə əlaqədar yaranmış vəziyyətdə belə Azərbaycan iqtisadiyyatının artımına xidmət edəcək. İlk növbədə iş yerlərinin sayı artacaq, böyük sayda mütəxəssislərə, iqtisadiyyat və logistika sahəsində ekspertlərə mühəndislik sahələrinin nümayəndələrinə tələbat yaranacaq".

Ekspert əlavə edib ki, Azərbaycanın azad edilmiş ərazilərə planlaşdırdığı investisiyalar, eləcə də beynəlxalq iştirakçıların sərmayələri Azərbaycan iqtisadiyyatının artımına xidmət edəcək:

"Bu siyasətin konturları 2021-ci ilin yazında artıq aydın görünəcək. Biz görəcəyik ki, Azərbaycan iqtisadiyyatı ciddi uğurlar nümayiş etdirir və yeni zirvələr fəth edir".

N.Niyazov əlavə edib ki, multikulturalizm siyasəti Azərbaycanı daxili və xarici siyasətinin aparıcı istiqamətlərindəndir:

"Bu siyasətin səmərəliliyi Vətən müharibəsində müxtəlif xalqların nümayəndələrinin bir vahid olaraq öz ölkəsinin müdafiəsinə qalxdığı və öz ərazilərinin düşmən işğalından azad edilməsi üçün mübarizədə birləşdiyi zaman göründü. Beynəlxalq arenada da Azərbaycanın multikulturalizm siyasəti nəticə verir: bir çox ölkələr Azərbaycan müxtəlif etnos və dinlərin birgəyaşayışı ilə hesablaşmalı olur".

Ekspert qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanın multikulturalizm siyasətinə diqqət daha da artacaq:

"Biz artıq indidən Azərbaycana, onun daxili və xarici siyasətinə yenidən marağın yarandığını görürük. Əgər ilk dəfə Azərbaycanın uğurlarına maraq 1990-2000-ci illər arasında, ölkə öz neft strategiyasını quranda və iqtisadiyyatını modernləşdirəndə yaranmışdısa, Qələbədən sonra ölkənin qısa müddət ərzində müharibədə bu cür uğurlar əldə etməsi bir çox tədqiqatçıların marağına səbəb olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti