...

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

Siyasət Materials 14 Yanvar 2021 01:35 (UTC +04:00)

Bakı. Trend:

Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatası hazırkı Respublikaçı Prezident Donald Trampa impiçment qərarı qəbul etdi.

Trend TASS-a istinadən xəbər verir ki, təşəbbüs artıq təsdiqlənməsi üçün lazımi sayda qanun səsini qazanıb.

Aşağı palatanın qəbul etdiyi sənəddə yalnız bir ittiham maddəsi var - üsyana çağırış.

İndi ittiham aktı prosedurun məhkəməyə çevriləcəyi Senata təqdim edilməlidir. Lakin qanunverici orqanın yuxarı palatasının cədvəlinə görə, Senat Trampın səlahiyyətlərinin müddəti bitdikdən sonra impiçment məsələsini həll edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti