...

Atəşkəsə nəzarət üzrə birgə mərkəz xüsusi əhəmiyyət kəsb edir - Zakir Həsənov

Siyasət Materials 30 Yanvar 2021 14:12 (UTC +04:00)
Atəşkəsə nəzarət üzrə birgə mərkəz xüsusi əhəmiyyət kəsb edir - Zakir Həsənov

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına başlayıb.

Trend-in məlumatına görə, bunu Ağdam rayonunda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzin açılışı zamanı Müdafiə naziri, general polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün təmin olunması ilə başa çatıb. Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistanın baş naziri arasında noyabrın 10-da imzalanmış bəyanatla atəşkəs rejiminə nail olunub:

"30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Rusiya və Türkiyə respublikalarının hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub. Türkiyə ilə Rusiya arasında 11 noyabrda imzalanmış atəşkəsə nəzarət üzrə birgə mərkəzin yaradılması ilə bağlı memorandum xüsusi əhəmiyyət kəsb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti