...

Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək - Rusiya MN

Siyasət Materials 30 Yanvar 2021 14:35 (UTC +04:00)
Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək - Rusiya MN

Bakı. Orxan Nəbiyev - Trend:

Ağdam rayonunda fəaliyyətə başlamış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, mərkəz atəşkəs rejiminə əməl olunması, eləcə də tərəflər arasında əldə olunan razılaşmaları pozan fəaliyyətlər barədə məlumatların toplanması və yoxlanışını həyata keçirəcək:

"Nəzarət pilotsuz uçuş aparatlarının vasitəsilə, həmçinin digər mənbələrdən əldə edilən məlumatların təhlili yolu ilə aparılacaq".

Xəbər lenti

Xəbər lenti