...

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sabitliyin əsasıdır - Rusiyalı politoloq

Siyasət Materials 2 Fevral 2021 11:56 (UTC +04:00)
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sabitliyin əsasıdır - Rusiyalı politoloq

Bakı. Cani Babayeva, Orxan Nəbiyev - Trend:

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması təkcə hərbi baxımdan stabilliyi təmin etməyəcək, həm də sosial-iqtisadi sahənin inkişafına imkan yaradacaq.

Bunu Trend-ə rusiyalı politoloq Tatyana Poloskova deyib.

Onun sözlərinə görə, bir çox rusiyalı ekspertin də vurğuladığı kimi Monitorinq mərkəzi sabitliyin əsasıdır.

Politoloq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Qarabağda Moskva ilə Ankaranın əməkdaşlığı barədə açıqlamalarına da toxunub:

"İlk növbədə mən Medvedevin o fikri ilə razıyam ki, biz indi Rusiya ilə Türkiyə arasında məhsuldar dialoqu müşahidə edirik. Türkiyə Rusiyanın regionda vacib tərəfdaşı kimi qəbul edilib. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması təkcə hərbi baxımdan stabilliyi təmin etməyəcək, həm də sosial-iqtisadi sahənin inkişafına imkan yaradacaq. Mən Türkiyənin məktəblərin bərpası, logistika layihələri üzrə layihələrini bəyəndi. Ümid edirəm ki, Rusiyada bu prosesə fəal şəkildə qoşulacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti