...

Monitorinq Mərkəzindən günün 24 saatı nəzarət aparılır - Rusiyalı polkovnik

Siyasət Materials 5 Fevral 2021 16:42 (UTC +04:00)
Monitorinq Mərkəzindən günün 24 saatı nəzarət aparılır - Rusiyalı polkovnik

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində şəxsi heyət bütün lazımı texniki vasitələrlə təmin olunub.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərkəzdə fəaliyyət göstərən Rusiya Federasiyasının polkovniki Mixail Zavalnik deyib. Onun sözlərinə görə, nəzarət günün 24 saatında aparılır:

“Şəxsi heyət öz vəzifələrini 11 noyabrda imzalanan memorandum əsasında həyata keçirir. Nəzarət Forpost və Orlan 10 uçuş aparatları vasitəsi ilə 24 saatlıq rejimdə aparılır. Mərkəzin növbətçilik aparan şəxsi heyətinə operator, rabitə üzrə zabitlər, tərcüməçi və pilotsuz uçuş aparatlarının operatorları daxildir. Şəxsi heyyət lazım olan bütün texniki vasitələrlə təmin olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti