...

Əfv Komissiyasında 950-dən çox müraciətə baxılıb, bu gün sonuncu iclasdı

Siyasət Materials 17 Mart 2021 08:00 (UTC +04:00)
Əfv Komissiyasında 950-dən çox müraciətə baxılıb, bu gün sonuncu iclasdı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda əfvlə bağlı yeni müraciətlərə baxılacaq.

Komissiyanın 9 iclası keçirilib və daxil olan yeni müraciətlərin 950-dən çoxuna baxılıb.

Bu gün komissiya iclaslarının yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti