...

Erməni diasporunun əsirinə çevrilən Almaniya Azərbaycanın qələbəsini həzm edə bilmir

Siyasət Materials 28 Mart 2021 09:17 (UTC +04:00)
Erməni diasporunun əsirinə çevrilən Almaniya Azərbaycanın qələbəsini həzm edə bilmir

Bakı. Alpər Ziya - Trend:

Ermənilərin kök atdığı, media və siyasi dairələrə qədər nüfuz etdiyi Avropa ölkələrindən biri də Almaniyadır. Bu səbəbdən son zamanlar Almaniya mediasında Azərbaycana qarşı ardıcıl hücumlar təşkil olunur, ölkəmiz haqqında əsassız iddialar irəli sürülür.

Hələ 44 günlük Vətən müharibəsinin aktiv dövründə Almaniya Azərbaycan ordusunun zəfər yürüşünü həzm edə bilmirdi, desək, yəqin ki yanılmarıq. Çünki o zaman da bu ölkənin rəsmiləri əsassız bəyanatlar verir, mediada isə arqumentsiz və məntiqsiz materiallar dərc edilirdi.

Belə görünür ki, Almaniya indi də Azərbaycanın Ermənistan üzərində qələbəsini çox çətinliklə həzm edir. Təsadüfi deyil ki, Almaniyanın ölkəmizdəki səfiri bir dəfə də olsun diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə səfərlərinə qoşulmayıb. O, nümayişkəranə şəkildə, xüsusi təlimat əsasında bu səfərlərdən imtina edir. Sizcə, bunlar təsadüfdürmü? Əlbəttə ki, xeyr!

Bundan başqa, Gürcüstanda fəaliyyət göstərən Almaniya institutları da Azərbaycana qarşı fəal kampaniya aparırlar. Almaniya, həmçinin Azərbaycanın NATO və Aİ ilə əlaqələrinə əngəl yaratmağa çalışır, ölkəmizin bəzi NATO təlimlərində iştirakına mane olur.

Amma öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaran Almaniyada hazırda istər iqtisadi durum, istərsə də ölkədaxili siyasi münasibətlərin tənzimlənməsində ciddi problemlər yaşanır. Xüsusən də COVİD-19-la mübarizədə effektiv siyasət apara bilməyən Almaniya indi ciddi iqtisadi-maliyyə problemləri ilə də üz-üzədir. Belə demək mümkünsə, A.Merkel başda olmaqla Almaniya hakimiyyəti ölkəni siyasi böhran həddinə çatdırıb. İrqçilik, digər xalqların nümayəndələrinə qarşı dözümsüzlük, islamofobiya geniş vüsət alıb, hakimiyyət bu neqativ tendensiyanın qarşısının alınmasında acizlik göstərir.

Eləcə də bu gün Almaniyada ifşa olunan korrupsiya faktları göstərir ki, bu problem dünyanın inkişaf etmiş və demokratiya nümunəsi hesab olunan ölkələri üçün də səciyyəvidir.

Bunca məhrumiyyətlərə rəğmən, alman hökuməti bir də erməni diasporunun əsirinə çevrilib. Bu da Avropanın hegemon dövləti, bu da dünyaya demokratiya nümunəsi...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti