...

İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)

Siyasət Materials 17 Aprel 2021 13:44 (UTC +04:00)
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)

Xocavənd. Elçin Mehdiyev, Aslan Məmmədli – Trend:

Ermənilər Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar, özününküləşdiriblər.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Alban-udi xristian dini icmasının sədr müavini Rafik Danakari icma üzvlərinin işğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı deyib.

O qeyd edib ki, bu gün müqəddəs gündür: “Birinci dəfədir bu monastra gəlirik, bizim üçün çox xoş oldu. Bir az da kədərləndik, çünki gördük ki, ermənilər buranı saxtalaşdırıblar, dağıdıblar, özününküləşdiriblər. Amma buna baxmayaraq, biz bu gün burada udi dilində ibadət keçirdik, şamlar yandırdıq, dualar oxuduq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti