...

Fransa Senatının üzvü Azərbaycana səfər edəcək

Siyasət Materials 19 May 2021 14:12 (UTC +04:00)
Fransa Senatının üzvü Azərbaycana səfər edəcək

Bakı. Trend:

Fransa Senatının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule sabah Azərbaycana səfər edəcək.

Bunu Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən deyiblər.

Qeyd olunub ki, mayın 24-nə kimi davam edəcək səfər çərçivəsində fransalı senator Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə də gedəcək.

Bundan başqa, N.Qule Mərkəzdə Qarabağdakı vəziyyət və digər məsələlərlə bağlı müzakirələrdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti