...

Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artdığı müşahidə olunur - Leyla Abdullayeva

Siyasət Materials 20 May 2021 12:24 (UTC +04:00)
Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artdığı müşahidə olunur - Leyla Abdullayeva

Bakı. Trend:

Təəssüf ki, Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artdığını müşahidə edirik. Bu tendensiyanın təkcə Azərbaycana qarşı deyil, həm də erməni düşüncəsindən bir qədər fərqli fikir bildirməyə cəsarət edən hər hansı bir millət və ya qrupa qarşı yönəlməsi xüsusilə narahatlıq doğurur.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.

Leyla Abdullayeva qeyd edib ki, Ermənistanda nasistlərlə iş birliyi edənlərə sitayiş olunur, beynəlxalq terrorçular qəhrəmanlaşdırılır. Bu yaxınlarda Mahatma Qandi kimi dünyaca məşhur sülh və dözümlülük tərəfdarının abidəsinə qarşı anlaşılmaz tərzdə bir vandalizm aktı törədildi.

Ekstremizmin bu cür meylləri təhlükəlidir və onlar dərhal aradan qaldırılmalıdır. Ermənistanı zəhərli “milli üstünlük və ərazilərin genişləndirilməsi” fikirlərindən imtina etməyə təşviq etmək lazımdır. Ermənistan, nəhayət, beynəlxalq hüquqa riayət etməyə və beynəlxalq hüququn başlıca prinsiplərini qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün əsas kimi istifadə etməyə başlamalıdır. Yalnız bundan sonra Ermənistan yaxşı qonşuluqdan və regional əməkdaşlıqdan faydalanmağa başlayacaq.

“Azərbaycan öz növbəsində suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik, regional inkişaf və əməkdaşlığa sadiq olaraq qalmaqdadır”, - deyə XİN-in sözçüsü qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti