Qarabağda mədəni-tarixi irsin qorunması Bakı və Yerevanla müntəzəm müzakirə olunur - Rusiya XİN

Siyasət Materials 21 May 2021 12:19 (UTC +04:00)

Bakı. Trend:

Qarabağda və ətraf rayonlarda mədəni-tarixi irsin qorunması məsələsi Rusiyanın həm rəsmi Bakı, həm də rəsmi Yerevanla təmaslarında müntəzəm müzakirə olunur.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, bu məsələ xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri zamanı da müzakirə olunub:

"Biz UNESCO-nun regiona missiyasının tezliklə təşkil olunmasının tərəfdarıyıq. Həmsədrlərin bu il aprelin 13-də verdiyi bəyanatda vurğulanır: dini-mədəni irsin mühafizəsi və qorunması Azərbaycan və Ermənistandan əlavə səylər tələb edən məsələlər sırasındadır".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:

Xəbər lenti

Xəbər lenti