...

Türkiyəyə təkcə yanğınları söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik - Nazir müavini

Siyasət Materials 13 Avqust 2021 18:40 (UTC +04:00)
Türkiyəyə təkcə yanğınları söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik - Nazir müavini

Bakı. Trend:

Biz Türkiyəyə təkcə yanğınları söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik.

Trend-in məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

FHN-in yanğın-xilasetmə qüvvələrinin əməkdaşlarının Türkiyəyə gəldikləri andan yanğınlara qarşı yerli yanğınsöndürənlərlə çiyin-çiyinə mübarizə apardıqlarını qeyd edən general-leytenant E.Mirzəyev deyib: “Avqustun 12-də Böhran İdarəetmə Mərkəzində keçirilən iclasda Azərbaycan xalqına, xüsusilə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olundu. Biz buraya təkcə yanğınları söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik. Getdiyiniz bütün ərazilərdə bizə xüsusi doğmalıq göstərilib. Mən həmişə qeyd etmişəm ki, türk xalqı böyük xalqdır, Türkiyə böyük dövlətdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ən qədim dövrlərə söykənir. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bu qardaşlıq münasibətlərimizin daha da inkişafında yeni səhifələr açıblar. Bizim buradakı fəaliyyətimiz Türkiyə dövləti və xalqı tərəfindən alqış və sevinc hissi ilə qarşılanıb. Biz də Türkiyə xalqına və Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk”.

FHN-in əməkdaşlarının heç bir ciddi xəsarət almadığını deyən E.Mirzəyev söyləyib:

“Marmarisdəki Böhran İdarəetmə Mərkəzində keçirilən toplantının nəticələri barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova məruzə etmişik. Xüsusi tapşırıq və göstərişlər aldıq. Qısa müddət ərzində bölgəni tərk edəcəyik. Hazırda 350 nəfərlik şəxsi heyət və 54 yanğınsöndürmə avtomobili ərazidə növbədir. Bazar gününədək heç bir hadisə baş verməsə, bu qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər və texnikalar baxışdan keçiriləcək. Bazar günü və ya bazar ertəsi Vətənə qayıdacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti