...

Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması bu gün TBMM-də müzakirə olunacaq

Siyasət Materials 9 Noyabr 2021 12:17 (UTC +04:00)
Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması bu gün TBMM-də müzakirə olunacaq

Bakı. Trend:

Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qanun layihəsi bu gün Böyük Millət Məclisinin (TBMM) iclasında müzakirə olunacaq.

Trend-in məlumatına görə, layihə Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən hərbçilərin səlahiyyət müddətinin bir il uzadılmasını nəzərdə tutur.

Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermişdi.

Həmin müddətin 2022-ci ilin noybarınadək uzadılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti