...

Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tezliklə formalaşmasını gözləyirik - Zaxarova

Siyasət Materials 9 Dekabr 2021 17:27 (UTC +04:00)
Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tezliklə formalaşmasını gözləyirik - Zaxarova

Bakı. Trend:

Sərhədin delimitasiyası üzrə komissiyanın tərkibində Azərbaycanla Ermənistanın nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözləyirik.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Ən yüksək səviyyədə Soçi razılaşmaları Azərbaycan və Ermənistanın normallaşmaya doğru addımlara hazır olduğunu təsdiqləyir. Həm Bakı, həm də Yerevanla təmaslarda biz razılaşmaların ardıcıl reallaşdırılması, o cümlədən sərhədyanı mübahisələrin tənzimlənməsi, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzərində işləyirik. Bu il noyabrın 26-da Soçidə razılaşdırıldığı kimi dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmasında doğru addımlamaq vacibdir. Biz həm də tərəflərin komissiyanın tərkibində nümayəndə heyətlərinin tezliklə formalaşdırılmasını gözləyirik. Üçtərəfli işçi qrupu çərçivəsində bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə səylər də davam etdirilir", - deyə M.Zaxarova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti