...

Prezident İlham Əliyevin müasir elmi inkişafın bu qədər fərqində olması biz gənclərdə motivasiya yaratmış oldu - Əliqənbər Xəlili

Siyasət Materials 5 Fevral 2022 11:23 (UTC +04:00)
Prezident İlham Əliyevin müasir elmi inkişafın bu qədər fərqində olması biz gənclərdə motivasiya yaratmış oldu - Əliqənbər Xəlili

Bakı. Trend:

2022-ci il 2 fevral tarixində Bakıda keçirilən Gənclər Forumu son 25 ildə ilk dəfə idi ki, fərqli formatda keçirildi. Qeyd etdiyim fərqli formatın biz gənclər üçün olan əsas üstünlüyü 3.5 saat ərzində cənab Prezident İlham Əliyevin suallarımıza birbaşa, dolğun cavab verməsi idi.

Son 10 il ərzində ölkəmizdə savadlı gəncliyin formalaşmasına olan dəstək xüsusi bir səviyyəyə gəlib çatmışdır. Və bunun nəticəsidir ki, istər korporativ mühit, istərsə də dövlət qurumlarında yüksək biliyə malik gənclər üstünlük təşkil etməyə başlamışdır. Savadlı və sağlam düşüncəli gəncliyin inkişafına göstərilən qiymətin gələcək Azərbaycanımızın daha da çiçəklənməsinə, xüsusilə, elmə olan qayğının isə dünyaya öz elmi məhsullarımızı təqdim edəcək səviyyəyə gəlməmizə yardımçı olacağını düşünürəm.

Belə bir forumun təşkili və mükafatlandırılma prosesi bütün gənclərdə gələcəyə və dövlətimizə olan inamın daha da güclənməsinə gətirib çıxarır. Kifayət qədər məlum məsələdir ki, elmin inkişafı ölkənin güclənməsi ilə birbaşa bağlıdır və prezidentimiz bunun çox gözəl fərqindədir. Belə ki, 4-cü sənaye dövrünün artıq qapıda olduğunu xüsusilə vurğulayaraq, bu sahəyə olan diqqətin daha da artacağını bildirdi. 4-cü sənaye dövrünün əsas təməl daşlarından biri süni zəka sahəsidir və bizim gəncliyimizin bu sahədə çox ciddi inkişaf etməli olduğunun fərqindəyik. Bu səbəbdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərkibində yeni Aİ-lab (suni zəka labaratoriyası) qurulmuşdur. Bu lab-ın əsas məqsədlərindən biri Azərbaycanda Aİ sahəsindəki gəncləri ortaya çıxararaq, dünya səviyyəli həlləri ortaya qoymaqdır. Digər fokus isə informasiya təhlükəsizliyidir və bu sahədə son illərdə ciddi addımlar atılmaqdadır.

Cənab Prezidentin bu qədər müasir elmi inkişafın və trendlərin fərqində olması biz gənclərdə motivasiya yaratmış oldu.

Əliqənbər Xəlili
Prezident Mükafatçısı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti