...

Birinci Qarabağ müharibəsində itkin düşənlər barəsində məlumatların təqdim olunması sülhün qurulması üçün çox vacibdir - ABŞ Dövlət Departamenti

Siyasət Materials 8 Fevral 2022 11:10 (UTC +04:00)
Birinci Qarabağ müharibəsində itkin düşənlər barəsində məlumatların təqdim olunması sülhün qurulması üçün çox vacibdir - ABŞ Dövlət Departamenti

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər barəsində tam məlumatın təqdim olunması Cənubi Qafqazda uzunmüddətli sülhün qurulması üçün çox vacibdir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin "Twitter" səhifəsində yer alan bəyanatında deyilir.

"Azərbaycanın erməni hərbçilərini azad etməsini alqışlayırıq. İtkin düşmüş şəxslər barəsində, o cümlədən 1990-cı illərdə itkin düşənlər haqqında tam hesabatlılığın təqdim olunması regionda möhkəm sülh üçün böyük əhəmiyyət daşıyır", - bəyanatda deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarmışdır. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti