...

Azərbaycan Almaniya üçün Cənubi Qafqazda ən mühüm ticarət tərəfdaşıdır - Matias Lüttenberq

Siyasət Materials 20 Fevral 2022 13:53 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Almaniya üçün Cənubi Qafqazda ən mühüm ticarət tərəfdaşıdır, Almaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edir. 30 il ərzində Azərbaycan Avropa İttifaqına yaxınlaşıb.

Trend-in məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias Lüttenberq “Twitter”də bildirib.

"30 il əvvəl bu gün Almaniya və Azərbaycan arasında diplomatik əlaqələr qurularaq, dərin əlaqələrimizə zəmin yaradılıb - Azərbaycan Almaniya üçün Qafqazda ən mühüm ticarət tərəfdaşıdır, Almaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edir. 30 il ərzində Azərbaycan Avropa İttifaqına yaxınlaşıb”, - deyə M.Lüttenberq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti