...

Ermənilərdən növbəti düşmənçilik nümayişi - Azərbaycan deputatlarının səfərinə görə yolu bağladılar (FOTO)

Siyasət Materials 21 Fevral 2022 14:55 (UTC +04:00)
Ermənilərdən növbəti düşmənçilik nümayişi - Azərbaycan deputatlarının səfərinə görə yolu bağladılar (FOTO)

Bakı. Trend:

Ermənistanda özlərini müharibə iştirakçıları adlandıran bir qrup şəxs Azərbaycan Milli Məclisinin deputatlarının İrəvana gəlişinə etiraz olaraq Zvartnots" Beynəlxalq Hava Limanına gedən yolu bağlayıblar.

Trend xəbər verir ki, onlar Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana səfərinin əleyhinə olduqlarını bildiriblər.

Qeyd edək ki, Avronest Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Bununla bağlı Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər. Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti