...

Prezident İlham Əliyev: Azərbaycanda rus dilində tədris keçən 340-a yaxın məktəb var

Siyasət Materials 22 Fevral 2022 16:37 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanda rus dilində tədris keçən 340-a yaxın məktəb var

Bakı. Trend:

Azərbaycanda rus dilində tədris keçən 340-a yaxın məktəb var.

Trend-in məlumatına görə, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Məktəblər məsələsinə gəldikdə, bir qədər dəqiqləşdirmək istərdim. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır, ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti