...

İsrail və Türkiyə arasında əməkdaşlıq bölgəyə fayda verəcək - İshaq Hersoq

Siyasət Materials 10 Mart 2022 01:06 (UTC +04:00)
İsrail və Türkiyə arasında əməkdaşlıq bölgəyə fayda verəcək - İshaq Hersoq

Bakı. Trend:

İsraillə Türkiyə arasında əməkdaşlığın inkişafı təkcə iki ölkənin deyil, bütün bölgənin xeyrinə olacaq.

Trend xəbər verir ki, bunu İsrail prezidenti İshaq Hersoq Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrail və Türkiyə əməkdaşlıq edə bilər və etməlidir.

"Məqsədimiz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün zəmin yaratmaqdır", - İ. Hersoq bildirib.

Dövlət başçısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun apreldə İsrailə səfər edəcəyini də bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti