...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları Albaniyada səfərdədirlər (FOTO)

Siyasət Materials 1 Aprel 2022 13:32 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları Albaniyada səfərdədirlər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlarının Şərqi Avropa ölkələrinə təşkil olunan səfərləri çərcivəsində Albaniya Respublikasındadılar.

Trend-in məlumatına görə, Mərkəzin əməkdaşları Albaniya Respublikasının paytaxtı Tiranada ölkə Prezidenti İlır Meta tərəfindən qəbul olunublar. Görüş zamanı Mərkəzin Qərbi Balkanlarda reallaşdırdığı layihələr, Şərqi Avropanın qarşılaşdığı Ukrayna müharibəsi və məcburi köçkünlər krizisi müzakirə olunmuş, və Prezidentə IX Qlobal Bakı Forumuna dəvət təqdim olunmuşdur. Görüşün sonunda Prezidentə NGBM-in Prezident İlir Metaya Nizami Gəncəvinin seçilmiş əlyazmalarından ibarət xüsusi nəşr olunan Qələmin Sehri kitabı təqdim olunub.

Daha sonra, Baş Nazir Edi Rama ilə görüşərək NGBM-in üzvlərinin Əfqanıstan müharibəsi zamanı ölkəsini tərk edən əfqan məcburi köçkünlərinin Albaniyada sığınacaqla təmin etməsinə göstərdiyi dəstəyə görə Baş nazirə üzvlərin təşəkkürü çatdırılmış, cari ildə reallaşacaq layihələr və IX Qlobal Bakı Forumu müzakirə olunmuşdur. Baş Nazire Mərkəzin həm sədri xanım Vaira Vike-Freyberqanın Nizami Gəncəvinin Yeddo Gözəli və ədəbiyyatdan digər esselər kitabı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti