...

Azərbaycan bərpa olunan enerji üzrə İtaliya ilə birgə layihələrə ümid edir - Nazir

Siyasət Materials 2 Aprel 2022 17:21 (UTC +04:00)
Azərbaycan bərpa olunan enerji üzrə İtaliya ilə birgə layihələrə ümid edir - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə birgə layihələrin hazırlanmasında İtaliyanın iştirakına ümid edir.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu gün Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına böyük diqqət yetirir. Ümid edirik ki, İtaliya şirkətləri bu sahədə birgə layihələrin hazırlanmasında iştirak edəcəklər", - C.Bayramov bildirib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilib. Bundan başqa İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti