...

Ermənilərin Ağdaban kəndində törətdiyi soyqırımı Azərbaycan xalqına qarşı növbəti cinayətdir - ŞƏRH

Siyasət Materials 6 Aprel 2022 18:38 (UTC +04:00)
Ermənilərin Ağdaban kəndində törətdiyi soyqırımı Azərbaycan xalqına qarşı növbəti cinayətdir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirib. Bu soyqırımılardan biri də 1992-ci il aprel ayının 8-də - Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırımı hadisəsidir.

Məsələ ilə bağlı Trend-in sualına cavanbında Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, erməni qatillər və cəlladlar Azərbaycana qarşı öz vəhşiliklərini bütün mərhələlərdə davam etdiriblər.

“Ən yeni tariximizdə yaşanan və Ağdaban kəndində törədilən soyqırımı hadisəsi də həmin qəbildəndir. Bu qırğın nəticəsində 70 nəfər günahsız soydaşımız amansızca qətlə yetirilib, 800 insana ağır işgəncələr verilib, 130 ev tamamilə dağıdılıb.

Yəni, erməni hər yerdə olduğu kimi, Ağdabanda da öz vandalizmini, öz qansızlığını, öz vicdansızlığını nümayiş etdirib. Uşaq, ahıl, qadın, qız demədən qarşısına çıxan hamını qırıb, hamıya işgəncə verib, mülki əhaliyə qarşı amansızlıq edib, miqyası çox böyük olan müharibə cinayətləri törədib.

Amma Ağdabanla bu məsələlər, qırğınlar bitirmi? Xeyr. Həmin hadisələr Kəlbəcərdə də, Ağdamda da, Şuşada da, digər bölgələrdə də təkrarlanıb. Xocalı soyqırımı haqda isə artıq bütün dünya danışır. İllər keçdikcə hər kəs erməninin iç üzünü daha yaxından görür, erməni qəsbkarlarını, erməni vandallarını daha yaxından tanıyır”, - deyə deputat bildirib.

O qeyd edib ki, beynəlxalq aləm, beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr bu hadisələrin üzərindən illər keçsə də hələ adekvat reaksiya bildirməyiblər.

“Hansı ki, elə yalnız Ağdaban hadisələrinə görə çoxdan tribunal çağırıla bilərdi. Bəli, burada soyqırımı olub. Burada vəhşilik olub, mülki əhaliyə ağır zərbələr dəyib, erməni cəlladları tərəfindən hərəyə bir şəkildə əzab, əziyyət verilib. Ağdaban hadisələrini qətiyyən unutmaq olmaz. Bu, bizim qan yaddaşımızdır. Həmin hadisələrdə dünyasını dəyişən həmvətənlərimizə Tanrıdan rəhmət diləyirəm”, - deyə deputat qeyd edib.

“Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın həmvətənimizin taleyi barədə prezident İlham Əliyev beynəlxalq qurumlar qarşısında hər dəfə məsələ qaldırsa da, Ermənistan bu vəhşiliyi ört-basdır etməklə cinayətkar əməllərini gizlətmək istəyir”.

Bunu isə Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-in sualına cavabında bildirib.

"İşğaldan azad edilmiş torpaqlarımızda aparılan qazıntı işləri bir daha onu göstərir ki, 90-cı illərin əvvəllərində mənfur düşmənlərimiz demək olar ki, hər rayonda vəhşiliklər törətməklə kütləvi qırğına yol veriblər. İstər Edilli, istər Fərrux kəndi, istər digər ərazilərimizdə bu vandallığın nümunəsinə rast gəlmək olur. Belə cinayətlərdən bir də 1992-ci ildə Kəlbəcərdə törədilib. Həmin vaxt erməni quldurlar tərəfindən həyata keçirilmiş qırğın nəticəsində rayonun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, kəndin 800-ə yaxın dinc sakininə müxtəlif növ işgəncələr verilib, 70-ə yaxın şəxs isə amansızlıqla qətlə yetirilib. 1993-cü il aprelin 3-də Kəlbəcərin işğal edilməsi, əhaliyə qarşı amansız qəddarlıq törədilməsi, ermənilərin insanlıq əleyhinə cinayətləri də bu vandallığın insanlıq qatillərinin ardı olub. Bu gün isə biz topraqlarımızı işğaldan azad etmişik. Cənab prezident artıq beynəlxalq qurumlar qarşısında bu məsələni də hər dəfə qabardır. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla görüşdə də bu məsələləri yenidən gündəmə gətirməklə Azərbaycanın haqlı mübarizəsini onların diqqətinə çatdırıb. Bu gün Azərbaycan hər istiqamətdə olduğu kimi, bu sahədə də erməniləri diz çökdürəcək. Ola bilər ki, hazırda erməni vandalların törətmiş olduğu əməllərə bəzi ikili standarlarla yaşayan dövlətlər reaksiya verməsin. Amma bu, çox çəkməyəcək. Azərbaycan özü gücü və güclü lideri ilə öz haqq mübarizəsini dünyaya sübut edəcək”, - deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti