...

Xocalı soyqırımı ilə bağlı zamanında mühüm qərarlar qəbul olunsaydı, sonrakı periodda qanlı əməllər baş verməzdi - Politoloq

Siyasət Materials 9 Aprel 2022 11:09 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Buça hadisələrinə görə Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyünün dayandırılması ilə bağlı qərar qəbul olunması onu deməyə əsas verir ki, dünya birliyi, geniş auditoriya insanlıq əleyhinə və bəşəriyyəti narahat edən məsələ ilə bağlı yekdil fikrə gəlir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi də terrordan əziyyət çəkən dövlətdir və müxtəlif vaxtlarda Ermənistan radikallarının xalqımıza qarşı qanlı terror faəlliyyəti müşahidə olunub.

Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, 1918-ci ildə dünya azərbaycanlılarına qarşı soyqırımı təşkil olunub, eyni zamanda, 20-ci əsrin sonrlarında erməni seperatçıları genişmiqyaslı terror, vandalizm aktlarına imza atıblar.

"Xocalı faciəsi, Ağdaban, Başlıbel, Kərkicahan və digər ərazilərdə törədilən qanlı əməllər Ermənistanı da beynəlxalq səviyyədə təcrid etməyə imkan yaradırdı. Lakin ikili standartlar və qərəzli münasibətlərlə yanaşı, Ermənistana havadarlıq edən qüvvələr onu beynəlxalq səviyyədə təcrid etmək imkanını məhdudlaşdırırdı. Digər tərəfdən, Azərbaycan diplomatiyası erməni terrorunun ifşa olunması istiqamətində 30 ilə yaxın fəaliyyət göstərib və erməni işğalı ilə bağlı mühim qərar və qətnamələr qəbul edilib. 2020-ci il Vətən müharibəsi dövründə də Ermənistan döyüş bölgəsindən uzaqda olan Gəncə və Bərdədə terror həyata keçirib, Tərtərə raket və mərmilər endirib. Lakin Ermənistana qarşı beynəlxalq miqaysda hər hansısa tədbir həyata keçirilmədi və buna çağırış da edilmədi. Zamanında Xocalı soyqırımı ilə bağlı mühüm qərarlar qəbul olunsaydı, ondan sonrakı periodda qanlı əməllər də baş verməzdi", - deyə politoloq qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti