...

Albaniyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 14 Aprel 2022 19:38 (UTC +04:00)
Albaniyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama aprelin 14-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, Baş nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Albaniyanın Baş naziri Edi Ramaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti