...

Azərbaycan və Tacikistan arasında əlaqələrin dərin kökləri var - Səfir (FOTO)

Siyasət Materials 25 Aprel 2022 11:33 (UTC +04:00)
Azərbaycan və Tacikistan arasında əlaqələrin dərin kökləri var - Səfir (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Tacikistan arasında əlaqələrin dərin kökləri var.

Trend-in məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

O qeyd edib ki, iki ölkə arasında əlaqələr qarşılıqlı etimada əsaslanır. “Azərbaycan və Tacikistan xalqları birgə mədəni dəyərlərə malikdir. Ölkələrimiz arasında əlaqələrin tarixi və mədəni kökləri var. Azərbaycan və Tacikistan arasında dərin etibar mövcuddur. İki ölkənin liderləri arasında mövcud olan sıx münasibətlər əlaqələrin inkişafına mühüm töhfə verir”, - deyə səfir bildirib.

O qeyd edib ki, əlaqələrin inkişaf etdirilməsi məqsədilə Azərbaycan və Tacikistan dövlət qurumları arasında işçi qrupları yaradılır. “Artıq belə bir işçi qrupu yaradılıb və növbəti işçi qruplarının yaradılması istiqamətində iş aparılır. İnanırıq ki, iki ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək”, - deyə o əlavə edib.

Səfir əlavə edib ki, Azərbaycanla Tacikistan beynəlxalq terrorizmə qarşı mübarizədə də səmərəli əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti